Bu günlərdə Barrett-Jackson hərrac evi ,«Transformerlər 4: Məhv etmək dövrü» filmində Bamblbi adlı robotu canlandırmış 1957 il istehsalı olan Chevrolet Camaro avtomobilini satışa çıxarmaq niyyətindədir. Hal-hazırda avtomobil filmin rejissoru Maykl Beyə məxsusdur. Nadir avtomobil qara-sarı rəngə boyanmış kuzovla, ön splitterlə, təkər tağlarının genişləndiriliciləri, diodlarından hazırlanmış işıq texnikası və alçaqprofilli Nitto şinləri geyindirilmiş xüsusi təkər diskləri ilə seçilir.
Avtomobilin salonunda qara dəri ilə örtülmüş idman oturacaqları, xüsusi sükan və naviqasiya sisteminin sensorlu displeyi mövcuddur. Camaro səkkiz silindirli benzin mühərriki və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir. Kupe nadir asqı sisteminə və Wilwood əlyəc mexanizmlərinə malikdir.
Hərraclar yanvar ayında Arizona ştatının Skottsdeyl şəhərində baş tutmalıdır. Avtomobilin ilkin qiyməti hələlik müəyyən edilməmişdir.