Aston Martin şirkətinin V8 Vantage kupesinin GT8 indeksini almış trek variantı Nürburqrinqin "Şimal ilgəyini" 7 dəqiqə 50 saniyəyə qət etmişdir. Bu adı sportkarın göstəricisindən 12 saniyə yeyin olsa da, tam çəkişli Volkswagen Golf GTI Clubsport S "qaynar" hetçbekindən üç saniyə yavaş olmuşdur. Avtomobilin məşhur trekdəki sınağını alman Auto Sport nəşri təşkil etmişdir.

Ekstremal superkar keçən ilin aprelində təqdim edilmişdir. Avtomobilin işlənib-hazırlanması ilə şirkətin GTE, GT3 və GT4 seriyaları üçün avtomobillər hazırlayan avtoidman bölümü tərəfindən aparılmışdır. Ekstremal superkar 446 at qüvvəsi olan 4,7-litrlik atmosfer tipli səkkiz silindirli mühərriklə təchiz edilir. Bu mühərrik Aston Martin V8 Vantage S modelində olduğundan 10 at qüvvəsi daha güclüdür. Güc aqreqatı həm altı pilləli mexaniki, həm də yeddi diapazonlu Sportshift II robotlaşdırılmış sürətlər qutusu ilə komplektləşdirilə bilər. Sırıfdan 96 kilometr-saat sürətinə ekstremal kupe 4,4 saniyəyə sürətlənir ki, bu da adi kupeyə nisbətən 0,2 saniyə daha yeyndir. Aston Martion V8 Vantage GT8 modelinin maksimal sürəti 305 kilometr-saata bərabərdir. Yeni avtomobil V8 Vantage S modelindən 100 kiloqram yüngüldür və onun çəkisi 1510 kiloqram edir.

Avtomobilin çəkisinin azaldılmasına yüngül litium-ion akkumulyatorunun, karbondan hazırlanmış damın, titandan olan buraxılış sisteminin və polikarbonatdan olan şüşlərin quraşdırılması sayəsində nail olunmuşdur.Bundan əlavə, Vantage GT8 modeli başqa xarakteristikalı amortizatorlarla, yaylarla və geometriyalı yenidən tənzimlənmiş asqı, Michelin Pilot Sport Cup 2 təkərləri olan 19-düymlük disklər, karbondan hazırlanmış qapı panelləri və oturacaqın arxa hissəsi ilə təchiz edilir. Bununla belə, avtomobilin təchizatına kondisioner və audiosistem də daxildir.

Superkarın qiyməti 165 min funt-sterlinq (355 min manat) təşkil edir. Cəmi 150 ədəd belə superkar buraxılmışdır.