Bakı Şəhər Halqasının (BŞH) tikintisi ilə əlaqədar görülən işlər sürətlə davam edir və trek böyunca asfalt örtüyünün çəkilməsi prosesi artıq tamamlanmaq üzrədir. BŞH-nın yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçerin verdiyi açıqlamaya görə, asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərin 95 %-i artıq başa çatıb.

Yaxın günlərdə trekin Park İnn otelindən başlayaraq 1-ci döngəyə (Neftçilər prospektinin Puşkin küçəsi ilə kəsişməyə) qədər olan hissəsində də üst qat asfaltın çəkilişinə başlanacaq. Digər tərəfdən, qənbər daşların olduğu Niyazi və Əziz Əliyev küçələrinə yeni asfalt qatı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) standartlarına tam müvafiq olaraq salınıb. Nəticədə yarışdan sonra bu küçələr əvvəlki görkəminə qayıdacaqdır.

Xatırladaq ki, Formula 1 çempionatının Avropa Qan Prisi mərhələsi 17-19 iyun tarixlərində Bakı şəhərinin küçələrində təşkil edilmiş yarış trekində baş tutacaqdır.