Keçən il nümayiş etdirilən və bütün Türkiyənin səbirsizliklə gözlədiyi yerli avtomobil haqqında yeni təfərrüatlar ortaya çıxmağa davam edir. Bu gün verilən açıqlamada layihənin növbəti mərhələyə doğru addım atdığı məlum olub.
Türkiyənin yerli avtomobili istehsal ediləcək Bursanın Gemlikdəki istehsal müəssisəsinin qısa bir müddət öncə ÇED sertifikatını adlığı və bu sertifikata əsasən müəssisəninin təməlinin atılmasının qarşısında heç bir əngəlin qalmadığı bildirilir. Belə halda hər kəs yeni müəssisənin inşasına nə zaman başlanacağı ilə maraqlanır. Məsələ ilə bağlı açıqlamar verən TOBB rəhbəri Rıfat Hisarcıklıoğu TOGG layihəsi barədə maraqlı məlumatlarla bölüşüb.
Rıfat Hisarcıklıoğu son hədəfin 2022-ci ildə 51 faizi yerli hissələrdən ibarət olan avtomobilin konveyer xəttindən çıxmasının olduğunu bildirib. Sonrakı illərdə lokalizasiyanın 75 faizə çatdırılması planlaşdırılır. Bundan başqa, Hisarcıklıoğu istehsal müəssisə ilə bağlı suallara da cavab verib.
Hisarcıklıoğu bu ay ərzində müəssisənin təməlini qoymağı planlaşdırdıqlarını açıqlayıb. Təməlatma tədbirində ölkə başçısı Rəcəb-Tayyip Ərdoğanın da iştirak edəcəyi bildirilib. Eyni zamanda, TOBB rəhbəri zavodun həm Bursa, həm də Türkiyə üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bununla belə, Hisarcıklıoğu dəqiq tarixi səsləndirməkdən imtina edib.