Bu il 70 illik yubileyini qeyd edən TVR şirkəti bu əlamətdar hadisəni yeni sportkarla qeyd etmək niyyəsindədir. Artıq avtomobilin təqdimatının sentyabr ayının əvvəllərində Britaniyada keçiriləcək Goodwood Revival festivalında keçirəcəyini rəsmən açıqlamışdı. Bu gün isə, istehsalçı daha bir tizer dərc edib. Bu tizerdən yeni modelin mexaniki ötürmələr qutusunu əldə edəcəyi görünür.
Əvvəllər şirkət, Goodwood Revival festivalı çərçivəsində yeni modelin təqdimatının ilk dəfə keçiildiyini də açıqlayıb. TVR şirkətinin stendində yeni model klassik avtomobillərlə yanaşı sərgilənəcəkdir. Yeni avtomobillərin ilk partiyası Launch Edition adlandırılacaqdır və 500 nüsxəlik tirajla istehsal ediləcəkdir. «Autocar» dərgisinin bildirdiyinə görə, bu avtomobillərin əksər hissəsi artıq ön sahiblərini tapmışdır. Dərgi həmçinin debüt tarixinə satılmamış avtomobillərin qalmayacağını da ehtimal edir.
Xarici kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, TVR Griffith üçün mühərrikin yaradılması işləri məşhur Cosworth fimasına həvalə edilib.
Ehtimallara görə, yeni səkkiz silindirli mühərrik 400 at qüvvəsi gücə malik olacaqdır ki, bu da yeni sportkara 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənmək imkanı verəcəkdir. Sportkarın maksimal sürəti 320 km/saat olacaqdır.