TVR şirkəti yeni sportkarının təqdimat mərasiminin sentyabr ayının əvvəllərində Britaniyada keçiriləcək Goodwood Revival festivalında keçirəcəyini rəsmən açıqlamışdır. Bu barədə istehsalçıının Facebook sosial şəbəkəsindəki səhifəsində yazılmışdır.

Eyni zamanda, şirkətdən Goodwood Revival festivalı çərçivəsində yeni modelin təqdimatının ilk dəfə keçiildiyini də açıqlamışdırlar. TVR şirkətinin stendində yeni model klassik avtomobillərlə yanaşı sərgilənəcəkdir. Bundan əlavə, istehsalçı yeni sportkarın bir hissəsi təsvir edilmiş tizeri də dərc etmişdir. Təsvirdən də göründüyü kimi, sportkar ön təkərin arxa hissəsində yerləşmiş yan buraxılış sistemini əldə edəcəkdir.

Yeni avtomobillərin ilk partiyası Launch Edition adlandırılacaqdır və 500 nüsxəlik tirajla istehsal ediləcəkdir. «Autocar» dərgisinin bildirdiyinə görə, bu avtomobillərin əksər hissəsi artıq ön sahiblərini tapmışdır.  Dərgi həmçinin debüt tarixinə satılmamış avtomobillərin qalmayacağını da ehtimal edir. Həmçinin, avans ödənişi etmiş müştərilər üçün avtomobili bağlı təqdimatının keçriləcəyi də məlum olmuşdur.

Xarici kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, TVR Griffith adını alacaq idman kupesi üçün mühərrikin yaradılması işləri məşhur Cosworth fimasına həvalə edilmişdir. Ehtimallara görə, yeni səkkizsilindirli mühərrik 400 at qüvvəsi gücə malik olacaqdır ki, bu da yeni sportkara 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənmək imkanı verəcəkdir.

Sportkarın maksimal sürəti 320 km/saat olacaqdır.