Bu il 70 illik yubileyini qeyd edən TVR şirkəti bu əlamətdar hadisəni yeni sportkarla qeyd etmək niyyəsindədir. Yeni avtomobilin təqdimatı sentyabr ayının 8-də Britaniyada keçiriləcək Goodwood Revival festivalında baş tutacaqdır. Bu gün isə, istehsalçı sportkarın sonuncu tizerini dərc edib.
Yeni sportkarın dizaynı üzərində Dəvid Sisinq Gordon Murray Design şirkəti ilə birlikdə çalışıblar.
5,0-litrlik Cosworth mühərriki və mexaniki ötürmələr qutusu ilə təchiz edilən sportkar 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənəcəkdir. Sportkarın maksimal sürəti 320 km/saat olacaqdır. Əvvəllər şirkət, Goodwood Revival festivalı çərçivəsində yeni modelin təqdimatının ilk dəfə keçiildiyini də açıqlayıb. TVR şirkətinin stendində yeni model klassik avtomobillərlə yanaşı sərgilənəcəkdir. Yeni avtomobillərin ilk partiyası Launch Edition adlandırılacaqdır və 500 nüsxəlik tirajla istehsal ediləcəkdir. «Autocar» dərgisinin bildirdiyinə görə, bu avtomobillərin əksər hissəsi artıq ön sahiblərini tapmışdır.
Dərgi həmçinin debüt tarixinə satılmamış avtomobillərin qalmayacağını da ehtimal edir.