Böyük Britaniyada yerləşən və idman avtomobilləri istehsalçısı olan TVR şirkəti, Youtube kanalındakı rəsmi səhifəsində, buraxılacaq yeni sportkarın ön tərəfinin dizaynını nümayiş etdirmişdir. Britaniya istehsalçısının rəsmi veb-səfihəsində yeni sportkarın öndə yerləşən səkkizsilindirli mühərriklə hərəkətə gələcəyi bildirilmişdir. TVR şirkəti, həmçinin, arxadan çəkişli avtomobilin mexaniki sürətlər qutusu ilə təchiz ediləcəyini də bəyan etmişdir. TVR şirkətinin istehsal edəcəyi yeni sportkarın iki tərtibat variantında təklif ediləcəyi məlumdur. Gələcək sportkar həm kupe, həm də tavanı çıxarılan tarqa tipli kuzovla buraxılacaqdır.
Xarici kütləvi informasiya vasitələrinin bildirdiyinə görə, TVR Griffith adını alacaq idman kupesi üçün mühərrikin yaradılması işləri məşhur Cosworth fimasına həvalə edilmişdir. Ehtimallara görə, yeni səkkizsilindirli mühərrik 400 at qüvvəsi gücə malik olacaqdır ki, bu da yeni sportkara 100 km/saat həddinə dörd saniyədən az bir müddətə sürətlənmək imkanı verəcəkdir.
Avtomobilin buraxılmasının elan edildiyi andan bu günə qədər, istehsalçı tərəfindən yeni sportkar üçün 400 ədəd öncədən sifarişi qəbul edilmişdir.
Gələcək TVR Griffith modelinin tam ölçülü maketi Londondakı məkanların birində yerləşdirilmişdir. Pərdə ilə örtülmüş maket yalnız avtomobilin potensial müştərilərinə nümayiş etdirilir. Avtomobilin bu ilin yayında debüt etməsi gözlənilir. TVR Griffith sportkarının istehsalına gələn iş başlanılmalıdır.