Britaniyanın TVR markasının dirçəlməsi prosesinə start bu ilin yayında verilmişdir. Elə həmin zaman da, istehsal olunacaq yeni avtomobilə sifarişlərin qəbuluna da başlanmışdır. İstənilən şəxs beş min funt-sterlinq beh ödəyərək avtomobilə sifarişi təsdiqləmiş olurdu - özü də, 2017-ci ilin TVR’nin nə qiymətinə, nə xarakteristikasınə, nə də zahri görünüşünə bələd olmadan. Sizə inandırıcı gəlmir? Əksinə, ilk 250 avtomobil üçün depozitlər altı həftə müddətində müştərilər tərəfindən şirkətin hesabına köçürülmüşdür. Yeri gəlmişkən, sifarişlərin qəbulu davam edir və artıq söhbət 2018 ilidə istehsal olunacaq avtomobillərdən gedir.
Budur, Milad bayramı öncəsi şirkət yeni avtomobilin eskizini dərc edərək öz müştərilərini sevindirəcək bir addım atdı. Eyni zamanda firmanın yeni sahibi Les Edqar layihə üzərində çalışmalar barədə məlumat verdi. Edqar ilk növbədə avtomobilin mühərrikinin hazır olduğunu bildirdi.
Bu barədə ətraflı məlumat verilməsə də, TVR kupesinin güc aqreqatının, Ford Mustang üçün nəzərdə tutlmuş 5.0 Ti-VCT mühərrikinin Cosworth Engineering tərəfindən yenidən işlənmiş, gücü təxminən 450-470 a.q. təşkil edən variantının olacağı ehtimal olunur. Mühərrikin stend sınaqları artıq başa çatmışdır. Hal-hazırda, o, yeni avtomobilin aqreqatları quraşdırılmış «qatır»da sınaqdan keçirilir.
Britaniyalılar artlq sürətlər qutusu barədə seçimlərini də etmişlər - güc aqreqatı 6-lilləli mexaniki sürətlər qutusu ilə birləşdiriləcəkdir və çox güman ki, bu qutu da Ford istehsalı olacaqdır. Köməkçi elektronikanın sayına gəldikdə isə, onların sayı hələ də məlim deyil. Lakin qanunvericilin tələbinə uyğun olaraq, avtomobil minimum ABS və ESP ilə təchiz edilməlidir.
Bundan əlavə avtomobilin Gordon Murray Design tərəfindən təqdim edilmiş iStream Carbon şassi üzərində yığılacağı da məlum olmuşdur. Britaniyalılar bir müddət sonra avtomobilin istehsal ediləcəyi yeni zavodun harada yerləşməsi və ona veriləcək isim haqqında məlumat verəcəklər. Ehtimal olunan adın Sagaris və ya Tuscan olacağı da ehtimallar arasındadır.