Rusiyanın yolsuzluq avtomobilləri istehsalçısı olan UAZ şirkətinin dizaynerləri sosial şəbəkələrin birində rus markasının konseptual krossoverini təsvir edildiyi dizayner sketçini yaymışdırlar. Hal-hazırda internet şəbəkəsində gələcək modelin bir neçə təsvirini tapmaq olar, lakin, bu təsvirdə olan konsept digər şəkillərdə olduğu kimi, heç də UAZ Patriot modelinə bənzəmir. Çox güman ki, rus istehsalçı bu konseptual modeli də Patriot modelinin bazasında yığmağı planlaşdırır. Təsvirdən də göründüyü kimi, konsept UAZ avtomobillərinə xas olmayan qeyri-adi kuzov formasına və geniş ölçülü təkərlərə malikdir. Bununla belə, istehsalçının nümayəndələri konsept haqqında məlumat verməkdən imtina etmişdirlər.
Məlumdur ki, UAZ şirkətinin istehsal etdiyi bütün avtomobillər rama üzərində yığılır. Lakin, hələ keçən il, UAZ şirkətinin aparıcı kuzovlu yeni avtomobilin üzərində işlədiyi bildirilmişdir. Saiyələrə görə, 3170 zavoddaxili kodunu almış avtomobil C seqmentinin nümayəndəsi olacaqdır.
Təbii ki, istehsalçının model siyasətini kardinal şəkildə dəyişməmək üçün bu avtomobil krossoverlər sinfinə aid olacaqdır.
Gələcək krossover, zavod mühəndislərinin üzərində işlədikləri yeni mühərrik və altı pilləli sürətlər qutusu ilə təchiz ediləcəkdir. UAZ nümayəndələrinin bildirdiyinə görə, işlər qaydasında gedərsə, avtomobil 2020-ci ildən tez bir müddətdə işıq üzü görmək şansına malikdir.