Rusiyanın UAZ şirkəti Patriot ofroderinin yenilənmiş variantını təqdim etmişdir. Ofroderin eksteryeri və interyeri cüzi dəyişikliklərə məruz qalmışdır. Əlavə olaraq, avtomobil elektronika vasitəsi ilə idarəedilən arxa Eaton differensialını əldə etmişdir.

Eksteryerdəki yeniliklər xromdan haşiyəsi və iri loqotipi olan radiator barmaqlığı ilə məhdudlaşır. UAZ Patriot modelinin salonunda isə yeni ön paneli, multifunksional sükan çarxını, transmisiyanın selektorunu, park əyləclərinin dəstəyini və cihazlar panelini görmək olar.

Bundan başqa, Patriot yaxşılaşdırılmış səs izolyasiyası və təkmilləşdirilmiş yanacaq sistemi ilə təchiz edilmişdir. Əlavə avadanlıq siyahısına sabitlik sistemi, arxa kamera görüntüsü, kruiz-kontrol, ön və arxa parktronikləri daxil edilmişdir. Yenilənmiş UAZ Patriot modelinin mühərrik çeşidindən  114 at qüvvəli 2,2-litrlik dizel güc aqreqatı çıxardılmışdır.

Artıq ofroder alternativsiz olaraq 135 at qüvvəli 2,7-litrlik benzin mühərriki və beş pilləli mexaniki sürətlər qutusu ilə təklif ediləcəkdir.

UAZ Patriot modeli dörd təchizat səviyyəsində təklif edilir - Standart, Komfort, Privilegiya və Stil. Baza variantının təchizatına iki təhlükəsizlik yastığı, özü tənzimlənən ön təhlükəsizlik kəmərləri və sükan sistemi, ABS daxildir.

«Komfort» variantı əlavə olaraq kondisioner, ön oturacaqların qızdırılması və 16-düymlük təkər diskləri ilə təchiz edilir. «Privilegiya» səviyyəsi isə sabitlik sisteminin, duman əleyhinə fənərlərin, arxa görüntü kamerasının, ön parktronikin və 7-düymlük sensorlu ekranı və naviqasiyası olan multimedia sisteminin quraşdırılmasını nəzərdə tutur.

Nəhayət «Stil» variantının təchizatına ön və arxa parktroniklər, alın şüşəsinin elektriklə isidilməsi, klimat-kontrol, dəri salon, arxa oturacaqların qızdırılması və 18-düymlük təkər diskləri daxildir.

Arxa körpünün differensialının qapanması bütün modellər üçün əlçatandır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt