Bu gün Azərbaycanın KİV nümayəndələri ilə Bakıda keçirilən görüşdə “Uber” şirkətinin MDB ölkələri üzrə baş meneceri Aleksey Stax 2015-ci ilin aprel ayından etibarən ölkədə xidmət göstərən servisin fəaliyyətindan danışıb.
“Biz əldə etdiyimiz nailiyyətlərlə fəxr edirik: iki il ərzində “Uber” minlərlə Bakı sakini üçün adi hərəkət vasitəsinə çevrilib, bizə həm istifadəçilər, həm də “Uber” ilə əməkdaşlıq imkanlarını layiqincə qiymətləndirən və bizimlə tərəfdaşlıq edən sürücülər etibar edirlər. Maraqlıdır ki, fəaliyyətimizin ba.lanğıcında istifadəçilərin əksəriyyəti hansısa xüsusi hallar üzrə səfər ediblər, bu gün isə biz görürük ki, bizim müştərilər “Uber”i şəxsi avtomobilinə real alternativ kimi qəbul edir və gündəlik olaraq servisdən yararlanırlar", - deyə Aleksey Stax qeyd edib.
“Uber” müasir şəhərlərin infrastrukturunun inkişafı, əlçatan və rahat taksi xidmətlərinin xeyrinə şəxsi avtomobildən imtinanı əsas istiqamət kimi görür: həqiqətən, bu gün avtomobil ən bahalı satınalma olaraq (mənzildən sonra) vaxtının 96%-ni hərəkətsiz dayanır və bir qayda olaraq investisiyaların qaytarılmasını təmin etmir. Bəzi şəhər ərazilərinin təxminən 1/5 hissəsi avtomobillərin saxlanması üçün istifadə olunur, şəhər məkanının orta hesabla 15%-i avtomobilin saxlanılmasına ayrılır. Lakin bu yeganə olan problem deyil: avtomobillərin çoxluğu böyük tıxaclara səbəb olur: məsələn, Los-Ancelesdə və Sidneydə insanlar tıxaclara hər il təxminən iki iş həftəsi sərf edir. Daimi tıxaclar atmosferə atılan zərərli tullantıların səviyyəsini artırır – dünyada 22%-dək CO2 tullantıları nəqliyyatın payına düşür.
Problemin həlli – avtomobil sayının azaldılmasında görünür. Bu, yollarda sıxlığın azalmasını təmin edəcək, CO2 tullantılarını azaldacaq, avtomobil dayanacaqları salınmış şəhər məkanının boşaldılmasına və şəhər infrastrukturunun ümumi yaxşılaşdırılmasına təsir edəcək – yeni parkların, uşaq meydançalarının və s. salınması.
“Biz əminik ki, bu gün “Uber”in təhlükəsiz, sürətli və rahat gedişi ilə Bakı sakinləri öz şəxsi avtomobillərindən imtina edəcək. Siz avtomobili bir toxunuşla sifariş edə bilirsinizsə, onda öz şəxsi avtomobilinizə şəkilən xərclər nəyə lazımdır? Bu gün istifadəçilərin vərdişlərini dəyişdirilməsi ilə şəhəri həyat üçün daha rahat edə bilərik”, - deyə Aleksey Stax bildirib.
“Uber” bütün dünyada şəhərlərin həyatını yaxşıya doğru dəyişir: qunun istənilən vaxtında və istənilən nöqtəsinə tez və təhlükəsiz gediş təmin edərək vətəndaşların mobilliyini yaxşılaşdırır, iqtisadiyyat proseslərini tezləşdirir, şəhər mühütünü inkişaf etdirir.
Bakı sakinləri “Uber”i servisin rahatlığı (sifarişlərin tez qəbul olunması, tətbiqin intuitiv başa düşülən interfeysi), reytinq və rəy sistemi ilə təciz olunmuş dəyişilməyən keyfiyyət səviyyəsi və etibarlılığı (xəttə kifayət qədər avtomobilin olması, müştəri məmnuniyyəti xidməti) və təhlükəsizliyinə (tərəfdaşların seçimi və qiymətləndirilməsi, sistemin şəffaflığı – istifadəçilər əvvəlcədən sürücüdən və avtomobildən məlumat alırlar) görə seçir.
“Uber” haqqında:
"Uber" – şəxsi sürücü ilə avtomobillərin sifarişi üzrə mobil tətbiq hazırlamış beynəlxalq texnoloji şirkətidir. Şirkət dünya üzrə 73 ölkənin 450-dən çox şəhərində xidmət göstərir. Azərbaycanda "Uber" 2015-ci ilin aprel ayından etibarən fəaliyyət göstərir.
"Uber"in missiyası – şəhəriçi hərəkəti sadə, etibarlı və əlçatan eləməkdir. Şirkət “smartfona bir toxunuşla avtomobili necə sifariş etmək olar?” sualına cavab verərək 2009-cu ildə fəaliyyətə başlayıb. Altı il sonra, 2 milyarddan artıq gedişi təmin etdikdə, "Uber" ciddi çağırışları həll etməyə çalışır: avtomobilləri daha səmərəli istifadə edərək şəhərlərdə tıxacların sayını və atmosferin çirklənməsini azaltmaq.