İqtisadçı və Kildəki Dünya İqtisadiyyatı İnstitutunun rəhbəri Moritz Şulyarik Almaniya avtomobil nəhəngləri üçün pessimist proqnozla çıxış edib. O, 2030-cu ilə qədər Volkswagen, BMW və Mercedes-Benz konsernlərinin mövcudluğunun təhlükə altında olduğunu bildirib. Şulyarik hesab edir ki, konsernlər biznesə olan yanaşmalarını kökündən dəyişdirməsələr, 2030-cu ilə qədər hazırda mövcud olduqları formada qalmaya bilərlər. Bu barədə xəbəri “Hibridos y Electricos” portalı dərc edib.

Şulyarik öz nəticələrinin Avropa avtomobil sənayesindəki mövcud vəziyyətin təhlilinə əsaslandığını bildirir. O hesab edir ki, sənayeni daha çətin dövrlər gözləyir: elektrikləşdirmə, rəqəmsallaşdırma və qlobal rəqabətin birləşməsi fundamental dəyişikliklərə gətirib çıxarmalıdır. Əvvəlki meyarlar onilliyin sonuna qədər öz aktuallığını itirəcəklər.

İqtisadçı alman avtomobil nəhənglərinin ənənəvi düşündüklərini, keyfiyyət və mühəndisliyə üstünlük verdiklərdən əmin olduğunu söyləyib. Bununla belə, onların mövcud biznes modelini şübhə altına alacaq ciddi texnoloji və siyasi təzyiqlərlə üzləşəcəklərini də qeyd edib. Gələcəkdə proqram təminatının hazırlanması, süni intellektin tətbiqi və avtonom idarəetmə əsas rol oynayacaq.

BMW, Mercedes-Benz və Volkswagen qlobal rəqiblərindən, xüsusən də Çindəki həmkarlarından getdikcə geri qalırlar və bu da onların əsas bazarlardakı mövqelərini təhlükə altında qoyur. Bugünkü dünyada avtomobil artıq sadəcə nəqliyyat vasitəsi deyil, o, həm də "rəqəmsal xidmətdir". Şulyarik BMW şirkətindən daha az təcrübəsi olan, lakin daha böyük texnoloji çevikliyi ilə seçilən startaplara işarə edir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.