Qlobal avtomobil sənayesinin yekun reytinqi yalnız Stellantis Group konserninin gecikmiş maliyyə hesabatının dərc olunmasından sonra açıqlanıb. Konsern hesabatı 26 fevrala qədər təxirə salıb. Beləliklə, Toyota, Volkswagen, Hyundai Motor və General Motors ilk dördlükdəki mövqelərini qoruyub saxlayıblar, Stellantis Group isə, beşinci yeri tutub.

Çin avtomobil istehsalçılarından üçü qlobal avtomobil sənayesi liderlərinin siyahısına daxil olmağı bacarıb: BYD, SAIC və Geely. Onlar müvafiq olaraq altıncı, yeddinci və doqquzuncu yerləri tutaraq ilk onluqda qərarlaşıblar. Geely holdinqinin heyranedici böyümə tempi nəzərə alsaq, Çin istehsalçısı 2026-cı ilin sonuna qədər müştərilərə çatdırılmalara görə amerikan Ford konsernini üstələyə bilər.

1. Toyota — 1,32 milyon (+4,65%)

2. Volkswagen — 8,98 milyon (-0,51%)

3. Hyundai — 7,27 milyon (+0,60%)

4. GM — 6,18 (+3,03%)

5. Stellantis — 5,48 (+1,27%)

6. BYD — 4,60 (+7,72%)

7. SAIC — 4,51 milyon (+12,33%)

8. Ford — 4,40 milyon (-1,68%)

9. Geely — 4,12 milyon (+26,03%)

10.Honda — 3,52 (-7,53%)

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.