Bu günə qədər Chevrolet Montana adı altında Braziliyada buraxılan yığcam pikaplar gizlənirdilər. Belə pikaplar minik avtomobilləri əsasında yaradılır və əsasən kiçik müəssisələrə ünvanlanırdılar. İlk Montana modeli 2003-cü ilin Opel Corsa hetçbekinin əsasında yaradılmışdı. Yığcam pikapın ikinci nəsli 2010-cu ildə buraxılmış, onun donoru isə Braziliyada satılan Chevrolet Agile hetçbeki olmuşdu. Lakin pikapın üçüncü nəslini hazırlayan Chevrolet şirkəti onun formatını və bazar mövqeyini yenidən nəzərdən keçirib.
Yeni Montana artıq utilitar çatdırılma vasitəsi deyil, aktiv istirahət üçün parlaq avtomobildir. Birincisi, pikap ilk dəfə dörd qapısı olan beşyerli ikicərgəli kabini alıb. İkincisi, artıq şassi və kuzovun donoru minik avtomobili deyil, 2020-ci ildən Braziliyada buraxılan Chevrolet Tracker krossoveridir. Bununla belə, iki avtomobil arasındakı zahiri oxşarlıq nəzərə çarpmır: Montana üçün ikimərtəbəli optikası olan yeni dəbli dizayn hazırlanıb. Çox güman ki, yenilənmiş Tracker də eyni görünüşə malik olmalıdır.
Yeni pikapın uzunluğu 4720 millimetr, eni isə 1800 millimetrdir. Ölçü və format baxımından Montana Braziliyada satılan Renault Oroch (4710 millimetr) və Fiat Toro (4940 millimetr) pikaplarına yaxındır. Yük bölməsinin həcmi yan tərəflərin yuxarı kənarına qədər 874 litrdir. Tərtibatçılar kuzovun geniş transformasiya imkanlarını hazırlayıblar: böyük yük platformasını bir neçə kiçik hissəyə bölməyə imkan verən arakəsmələr, əlavə qutular və rəflər təklif olunurlar.
Hələlik yalnız 17-düymlük yüngül lehimli disklərə, xrom dekora və zəngin avadanlıq dəstinə malik olan nisbətən zəngin LTZ və Premier versiyaları təqdim olunublar. Salonda altı təhlükəsizlik yastığı, mediasistemin 8,0-düymlük ekranı, Wi-Fi giriş nöqtəsi, klimat-kontrol və süni dəri ilə üzlənmiş oturacaqlar var. Opsiyalar arasında arxa görüntü kamerası, parkinq sensorları, mühərriki işə salma düyməsi və JBL audio sistemi (dörd dinamikli) daxildir.
Bütün texnika Tracker modelindən götürülüb. Kapotun altında Braziliyada yayılmış etanolla işləyən 133 at qüvvəli (210 Nm) 1,2-litrlik turbomühərrik var (benzinlə hasilat daha aşağı olacaqdır). Güc aqreqatını 6-pilləli mexaniki tranmsissiya və klassik "avtomat" ilə təchiz etmək olar, lakin ötürmə yalnız ön oxa olacaqdır. GEM modul platforması yarımüstəqil arxa asqını qoruyub saxlayıb, lakin tam yüklənmə zamanı kuzovun sərtliyini artırmaq üçün, yaylara buferlər əlavə edilib.
Yeni Montana əvvəlki nəsil pikapların istehsal edildiyi San-Pauludakı eyni GM buraxılacaqdır. Satışların başlaması fevral ayına planlaşdırılır, LTZ versiyasının qiyməti 25 900 dollardan başlayır, daha sadə konfiqurasiyalar isə sonradan satışa çıxarılacaqlar. Xatırladaq ki, Chevrolet Tracker krossoveri Braziliyada 23 min dollardan başlayan qiymətlərlə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.