Toyota Sequoia modelinin üçüncü nəsli gözlənildiyindən daha erkən debüt edəcəkdir. İri ölçülü ofrouderin təqdimatı 25 yanvar tarixində keçiriləcəkdir. Bundan başqa, yapon istehsalçısı yeni ofrouderin növbəti tizerini də dərc edib. Tizerdə ofrouderin Sequoia yazıdı olan arxa qapısının və bamperi görüntülənib.

Yeni nəsil Sequoia modelinin keçən il təqdim edilmiş yeni nəsil Tundra pikapının yaxın qohumu olacağı məlumdur. Bu iki model hər zaman unifikasiya ediliblər. Buna görə də, Tundra modeli kimi, Sequoia da 3,5-litrlik V6 biturbo mühərriki və hibrid güc qurğusu ilə təklif ediləcəkdir. Bununla belə, Sequoia tamölçülü formatını və 5,2 metrlik uzunluğunu qoruyacaqdır.

Yeni Toyota Sequoia modelinin sələfindən daha dəbdəbəli və bahalı olacağı gözlənilir. Əlavə olaraq, ofrouder qeydiyyatını da dəyişəcəkdir. Xatırladaq ki, əvvəllər ofrouderlər İndiana ştatındakı TMMI zavodunda (Highlander və Sienna modelləri ilə birlikdə) buraxılırdısa, modelin yeni nəsli Texasdakı TMMTX müəssisəsində Tundra pikapı ilə birlikdə istehsal ediləcəkdir. Yeni nəsil Toyota Sequoia modelinin debütü yaxın aylarda baş tutmalıdır, onun ABŞ-dakı satışlarına isə ilin sonuna qədər başlanmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.