Ferrari komandasının sürücüsü Sebastyan Fettelin yaxın dostlarından olan Mark Uebber, almaniyalı həmkarının son vaxtlar əldə etdiyi nəticələr haqda fikir bildirib.

Fettelə yaxşı bələd olduğunu deyən avstraliyalı, onun son vaxtlar qərarsız olmasına rəğmən, hər zaman qalibiyyətə istiqamətlindiyini bildirib: «Mənə elə gəlir ki, onun üçün anlaşılmaz məqamlar var, sanki qərarsızlıqdan əziyyət çəkir, buna görə də Fettelə dəstək olmaq lazımdır. Yaxın dostu kimi öz payıma düşəni etməyə hazıram və hər zaman yanındayam. Lakin, onu da qeyd etmək yerinə düşər ki, onun son illər göstərdiyi performans əvvəlki dövrlə müqayisədə təqdirə layiqdir.

Yarışlarda ilk üçlüyə düşməyi bacardığı üçün, onu güclü hesab etmək olar. Daha əvvələr biz bu nəticəni xəyal belə etmirdik, amma indi hər şey fərqlidir. Ona belə də davam etməyi tövsiyyə edirəm. Buna görə də Fettel, qarşıdakı yarışlar üçün hədəfini düzgün təyin etməli, məqsədyönlü olmağı bacarmalıdır. Yalnız bundan sonra arzuladığı pilləni əldə edə bilər. Formula 1-də hər şey mümkündür, buna görə də hər şeyə hazır olmaq lazımdı».