Mercedes-Benz şirkəti Mercedes-Maybach sedanının ən dəbdəbəli versiyasını təqdim edib. Sedan Haute Voiture adını alıb ki, bu da dizaynerlərin ilham aldığı Haute couture (“yüksək moda”) ilə bənzərdir. Sedan kuzovun xüsusi rəng sxemini və nappa dərisi, bukle parçası, ağ süni xəz və çəhrayı qızıldan hazırlanmış aksentlərlə zəngin interyeri alıb.

Kapot, dam və təkər diskləri kuzovun alt hissəsinin toz çəhrayısı rənginə uyğunlaşan tünd göy parlaq rəngə boyanıblar.

Eyni rəng sxemi dəbdəbəli interyerdə də tətbiq edilib ki, bu da şou-karı xüsusi edir: interyerin böyük hissəsi ağ nappa dərisi, qapı kartları mavi, bej və çəhrayı naxışlı bukle parçası ilə üzləniblər. Eyni toxunma naxışı oturacaqların başlıqlarda, kürək hissəsində və aşağı hissəsində görmək olar.

Dekora ekstravaqantlığı çəhrayı qızıldan aksentlər və qapı kartlarında, yastıqlarda və hətta kilimlərdə istifadə olunan tüklü süni xəz əlavə edir - belə qeyri-praktik elementin sedanın məhdud sayda buraxılacaq əmtəə versiyada tətbiq edilib-edilməyəcəyi bəlli deyil. Dəbdəbəli avtomobil ilə birlikdə çatdırılan çantalar da ağ xəzlə tərtib edilirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dizaynerlər MBUX multimedia sistemini də diqqətdən kənar qoymayıblar və bəzi interfeys elementlərini salondakı qiymətli metalın tonunda “yenidən rəngləyiblər”. Son ştrix - qızılı rəngdə olan şampan qədəhləridir.

Haute Voiture sedanının texniki hissəsi haqqında heç bir məlumat verilmir. Çox güman ki, sedan 6,0-litrlik V12 biturbo mühərriki ilə təchiz edilir. Məhdud seriyada buraxılacaq sedanların satışlarına 2023-cü ildə başlanılmalıdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.