Audi R8 V10 Plus superkarı bir çoxlarının arzuladığı ən güclü avtomobil olsa da, Underground Racing atelyesinin mütəxəssisləri sportkarın 610 at qüvvəsinə malik olan mühərrikinin gücünü o qədər də qənaətbəxş saymırlar. Onlar mühərrikin gücünü 800 – 2200 təkərə ötürülən at qüvvəsi (WHP - Wheel Horse Power) arasında artırmağı təklif edirlər.
Xatırladaq ki, Audi R8 V10 Plus sportkarının mühərriki 610 at qüvvəsinə və 560 Nm fırlanma anına malikdir. Sportkar 100 km/saat həddini 3,2 saniyəyə toplayır və 330 km/saat maksimal sürətə malikdir. Beləleiklə, 49000 dollar ödəyərək, siz mehərrikin gücünü 800 at qüvvəsinə yüksəldən standart Base Twin Turbo System dəstini əldə edə bilərsiniz. Birinci təkmilləşdirmə mərhələsi 59000 dollar qarşılığında sizə yarış yanacağından istifadə etməklə 900 təkərə ötürülən at qüvvəsinə sahiblənməyə kömək edəcəkdir.
Əgər bu güc göstəricisi sizi qane etmirsə, 69000 dollar qiyməti olan və ikinci mərhələ sizi gözləyir. 93 oktanlı benzinlə 850 t.ö. at qüvvəsi, və ya yarış yanacağı ilə 1000 t.ö. at qüvvəsi sizi gözləyir.

99000 dollarlıq üçüncü mərhələ sizə yanacaq növündən aslı olaraq 1000 və ya 1250 t.ö. at qüvvəsi təklif edəcəkdir. Əlbəttə ki, bu mərhələdən sonra mühərrik ciddi dəyişikliklərə məruz qalacaqdır. Ən yüksək məhsuldarlıqlı dəstlər isə Race Version TT və X Version TT adlanan mərhələlərdir.
Birinci halda siz 1150 və ya 1500 t.ö. at qüvvəsindən, ikinci halda isə 1200 və ya 2200 t.ö at qüvəssindən istifadə edə biləcəksiniz.