Aston Martin modellərinə xidmət göstərilməsi, onların təmiri və bərpa işləri üzrə ixtisaslaşmış Nicholas Mee&Co firması satışa unikal Vanquish Zagato Shooting Brake modelini çıxarıb. Aston Martin şirkəti ilə Zagato atelyesinin bilikdə buraxdığı avtomobil Q by Aston Martin bölməsinin kataloqundan olan xüsusi rəngə boyanıb və karbondan detallarla bəzədilib.
Məhdud saylı seriyadan olan Aston Martin Zagato modellərinin buraxılacağı 2016-cı ildə elan edilib. Hazırda bu Zagato seriyası dörd modellə təqdim olunub. Şutinq-breyk ilə yanaşı bu seriyaya kupe, kabriolet və spidster daxildir. 28 nüsxəlik tirajla buraxılan Aston Martin Vanquish Zagato Speedster istisna olmaqla, bütün modellərin tirajı 99 nüsxədən ibarətdir. Vanquish Zagato Shooting Brake modeli 2017-ci ildə Montereydə keçirilən Dəb həftəsində debüt edib.
Satışa çıxarılmış avtomobil şutinq-breykin 69-cu nüsxəsidir. Universal Q kataloqundan olan Tungsten Silver rənginə boyanıb. Avtomobil tutqun qara rəngi və gümüşü haşiyələri olan təkər disklərinə, One-77 modelinin sükan çarxına, həmçinin havalandırmalı oturacaqlara sahibdir. Salonda karbon lifindən hazırlanmış detallara, sükandakı seçilən haşiyələrə və “anodlaşdırılmış qızıl” rəngindəki mərkəzi konsolu görmək olar.
Aston Martin Vanquish Zagato superkarları gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz edilir. Bildiyimiz kimi, standart Aston Martin Vanquish modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 295 km/saat maksimal sürətə malikdir.