Britaniyanın Lanqar şəhərində yerləşən Kaaimans şirkəti satışa unikal Aston Martin Vulcan avtomobilini çıxarıb. 14 nömrəli şassiyə və 321 kilometrlik yürüşə malik olan avtomobil Verde Ithaca rənginə boyanıb. Bu rəngdən Lamborghini modellərində istifadə edilir.
Avtomobil üçün 2,7 milyon funt-sterliq tələb olunur. Aston Martin Vulcan karbondan hazırlanmış monokokla və gücü 820 at qüvvəsi olan 7,0-litrlik V12 mühərriki ilə təchiz edilmişdir. Güc aqreqaı altı pilləli Xtrac sekvental sürətlər qutusu ilə birlikdə çalışır.
Aston Martin Vulcan modeli tənzimlənən amortizatorları və köndələn sabitlik stabilizatorları olan asqı sistemi, arxa oxda olan yüksək sürtünməli differensialla, karbon-saxsıdan hazırlanmış Brembo əyləc mexanizmləri, AP Racing pedal qovşağı, Recaro yarış oturacaqları və Cosworth firması tərəfindən hazırlanmış idarəetmə elektronikası ilə təchiz edilmişdir.
Vulcan modelindən yalnız yarış treklərində istifadə etmək olar. 2015-ci ildə Cenevrə avtosalonunda təqdim edilmiş modeldən cəmi 24 ədəd buraxılmışdır. Onun baza variantının qiyməti 1.8 milyon funt-sterlinq təşkil edirdi.