İsveçrədə unikal Audi A1 Quattro hetçbeki yanğın nəticəsində məhv olmuşdur. Bu avtomobildən cəmi 333 ədəd buraxıldığı üçün, artıq mövcud nüsxələrin sayı 332 ədəd olacaqdır.
Bazel-Land kantonunun hüquq-mühafizə orqanları yanğın zamanı heç kimin xəsarət almadığını bildirmişdir. Yanğın söndürənlər hadisəyə çevik reaksiya versələr də, unikal avtomobili xilas etmək mümkün olmamışdır. Polisin məlumatına görə, dəymiş ziyan 60 min isveçrə frankıdır. Bu təxmini olaraq 56 min avro edir.
Audi A1 Quattro modelinin debütü 2011-ci ildə baş tutmuşdur. “Qaynar” hetçbek 256 at qüvvəsi və 350 Nm fırlanma anı 2,0-litrlik turbomühərrik, mexaniki ötürmələr qutusu və quattro tam çəkiş sistemi ilə təchiz edilir. Arxa oxda elektrohidravlik mufta ilə təchiz edilmiş tam çəkişli hetçbek 100 km/saat sürətini 5,7 saniyəyə toplayır. Onun maksimal sürəti 245 km/saatdır.
“Qaynar” hetçbek standart modeldən genişləndirilmiş təkər izi, yenidən tənzimlənmiş asma, stabilizasiya sistemi və sükan mexanizmi ilə fərqlənir.