Ingilis Historics Auctioneers hərrac evinin keçirməyi planlaşdırdığı Ascot Racecourse hərracında yaxşı vəziyyətdə olan Bentley Brooklands kupesi satışa çıxarılacaqdır. 2008-ci ilin istehsalı olan kupe göy Dark Sapphire Blue rənginə boyanmış kuzova və açıq-qəhvəyi rəngli Magnolia dərisi ilə üzlənmiş salona malikdir. Avtomobilin satışından 98.000-118.000 funt sterlinq arasında vəsaitin əldə olunacağı gözlənilir.
Bentley Brooklands kupesi, Rolls-Royce Arnage sedanının (1998-2009) yaxın qohumudur. 2008-ci ildən 2011-ci ilə qədər olan üç il ərzində Kryuda yerləşən istehsalçı 550 ədəd Brooklands modelini istehsal edib.
Kupelər 537 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edən, L seriyasından olan əfsanəvi 6 ¾ litrlik mühərrik ilə təchiz olunurdular. Biturbomotor Brooklands kupesini 100 km/saat həddinə 5,3 saniyəyə sürətləndirdi. Kupenin maksimal sürəti 296 km/saat idi.
Artıq qeyd etdiyimiz kimi, satışa çıxarılan Bentley Brooklands modeli açıq-qəhvəyi Magnolia dərisi ilə üzlənmiş interyerə və tüng-göy Sapphire Blue rənginə boyanmış kuzova malikdir. Satıcının bildirdiyinə görə, kupe cəmi 32.319 kilometr məsafəni qət edib və avtomobilə sonuncu dəfə 2019-cu ilin avqustunda qulluq göstərilib.
Avtomobilin əyləc diskləri və əyləc qəlibləri dəyişdirilmişdir ki, bud a onun sahibinə 6395 funt sterlinqə başa gəlmişdir. Lota avtomobilin qeydiyyat sənədləri , texniki baxış haqqında məlumatlar və texniki xidmətin aparılmasını təsdiq edən hesab-fakturalar əlavə olunur.