Bugatti Sur Mesure fərdiləşdirmə bölməsi ilk tamamlanmış müştəri layihəsini nümayiş etdirib. Bu, Lui Şironun 1931-ci ilin Fransa Qrap Prisindəki qələbəsinə həsr olunmuş Chiron Pur Sport ( “Sırf İdman”) hiperkarıdır. Dizaynerlər komandası hiperkarın xüsusi versiyası üçün keçən əsrin 20-30-cu illərinin yarış Bugatti bolidlərinin rəngini xatırladan iki yeni kuzov boyasını yaratmağa müvəffəq olub.
Eyni zamanda, Mülshaymda “EB” monoqramlarından ibarət olan yeni “sönən” naxışı da icad ediblər. Belə naxışları qapı panellərində və ön kapotun üzərində də görmək olar. Bundan başqa, mərkəzi konsolun yan tərəflərini üzərində “Grand Prix” yazısı olan anodlaşdırılmış alüminiumdan örtmələr ilə bəzəyiblər.
Formal olaraq, Bugatti avomobillərinin fərdiləşdirmə proqramı bu günlərdə işə salınıb, lakin Bugatti Sur Mesure (tərcümədə - “sifarişlə hazırlanmış”) bölməsinin işi barədə keçən ilin yazında məlumat vermişdi.
Komandada cəmi 15 nəfər çalışır və onlar təkcə Chiron modellərinin deyil, həm də daha eksklüziv Divo hiperkarlarının fərdiləşdirməsi ilə məşğul olurlar. Qeyd etmək lazımdır ki, bir layihənin hazırlanmasına bir ildən çox vaxt tələb olunur.
Məsələn, Bugatti mütəxəssisləri yeni boya reseptinin hazırlanmasına dörd ay, dəri örtüklərin yaradılmasına doqquz ay, salonun karbondan detallarının layihələndirilməsinə isə 12 aya qədər vaxt sərf edə bilərlər.
Məhz bu səbəbdən Bugatti Sur Mesure bölməsi ilk tamamlanmış avtomobili 2021-ci ilin sonunda təqdim edib və bu, Type 51 yarış avtomobilinin 1931-ci il Fransa Qran Prisindəki qələbəsindən ilham alınaraq yaradılmış Bugatti Chiron Pur Sport hiperkarıdır.
Qeyd etmək gərəkdir ki, Bugatti Chiron Pur Sport modelinin tirajı 60 nüsxədən ibarət olaraqdır. Hiperkarın başlanğıc qiyməti üç milyon avrodur. Onun mühərriki adi Chiron modelindəki ilə eynidir - bu, 7-pilləli “robot” ilə tandemdə çalışan və 1500 at qüvvəsi hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərrikidir.
“Sırf İdman” versiyası şassi və transmissiyanın xüsusi tənzimləmələrinə, güc qurğusunun idarəetmə blokunun özünəməxsus proqram təminatına, uzunluğu iki metrə yaxın olan qeydə alınmış antiqanada, habelə əyləc qəliblərinin dayaq lövhələri və buraxılış sisteminin titandan olan ucluqları kimi çoxsaylı yüngülləşdirilmiş komponentlərə sahib olacaqdır.
Chiron Pur Sport modeli 60-dan 120 km/saata adi hiperkardan iki sanoyə yeyin sürətlənsə də, maksimal sürətdə ona uduzur – 420 km/saata qarşı 350 km/saat.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.