Gələn həftədən etibarən Fransanın Molsheym şəhərinin sakinləri və qonaqları dünyanın ən bahalı avtomobillərindən biri olan Bugatti La Voiture Noire hiperkarını seyr edə biləcəklər. Hiperkarın tam ölçülü maketi şüşə qaba qoyulub və şəhərin əsas meydanındakı yeni il küknarının yanında nümayiş olunacaqdır.
Molsheym bələdiyyəsinin başçısı Loran Ferstin bildirdiyinə görə, Otel-de-Vil meydanındakı qeyri-adi eksponat şəhərin bütün sakinlərinə hədiyyədir. COVID-19 infeksiyası səbəbindən Milad yarmarkaları da daxil olmaqla bütün kütləvi tədbirlər ləğv edilib, bu səbəbdən marka rəhbərliyi qeyri-adi yolla insanlarda bir növ bayram əhval-ruhiyyəsini qoruyub-saxlamaq qərarına gəlib. Qara hiperkar mart ayının sonuna qədər şəhərin mərkəzi meydanında nümayiş etdiriləcəkdir.