Bring a Trailer onlayn hərrac meydançası satışa çıxarılan lotun yeni qiymət rekorduna imza atıb - nadir tapılan 1935-ci ilin Duesenberg JN kabrioleti 1.341.000 dollara satılıb.

İki belə avtomobilin (başqa bir versiyaya görə - üç) buraxıldığı ehtimal olunur və onlardan biri 25 iyun tarixində hərraca çıxarılıb. Dörd gündən sonra, kabriolet onun üçün çox böyük məbləği ödəməyə hazır olan yeni sahibini tapıb.

Duesenberg şirkəti 1913-cü ildə ABŞ-ın İndiana ştatında yaradılmışdı və yalnız lüks və yarış avtomobillərinin istehsalı üzrə ixtisaslaşmışdı. Duzenberq qardaşlarının avtomobilləri əsasən əl ilə yığıldığından alıcılar tərəfindən yüksək qiymətləndirilirdilər.

1921-ci ildə Duesenberg avtomobili hətta Fransa Qran Prisini də qazanmışdı. Yarışdakı müvəffəqiyyət yeni sərmayədarları cəlb emiş və markanın nüfuzunu artırmışdı. Bundan sonra, marka böyük sürətlə populyarlaşmağa başlamış və yalnız Amerika bazarını deyil, Avropa bazarını da fəth etmişdi.

Duesenberg avtomobilləri zənginliyin və yüksək statusun simvoluna çevrilmişdi - hətta Avropanın kral ailələrinin nümayəndələri Duesenberg avtomobillərini almağa can atırdılar.

Ancaq hər şüy 29 oktyabr 1929-cu ildə “Qara Cümə axşamı” günü dəyişdi. ABŞ tarixindəki ən böyük birja böhranından sonra, qlobal iqtisadiyyatın tarixində Böyük Depressiya kimi tanınan ən çətin dövrlərindən biri başladı.

Böhran bir çox avtomobil istehsalçısının sonu oldu, lakin Duesenberg bir neçə il dözməyi bacardı və hətta J indeksli 481 avtomobili buraxdı. Ancaq 1937-ci ildə şirkət fəaliyyətini dayandırmağa məcbur oldu - bu, markanın sahibi olduğu Kord maliyyə imperiyasının çökməsindən sonra baş verdi.

“Düzenberqin” son nüsxəsi 1938-1940-cı illər arasında anbarda qalan komponentlərdən yığılmışdı.

Hərraca çıxarılan avtomobil JN indeksini daşıyır, lakin şirkət özü heç vaxt belə bir nişanlamadan istifadə etməyib. Belə indeksi daşyan avtomobillər, 1935-ci ildə Duesenberg şirkətinin on şassini satdığı Rollston kuzov atelyesi tərəfindən inşa edilib.

Bu avtomobillər arasında, müxtəlif mənbələrə görə, ikisi və ya üçü üstü açılan kuzova sahib idi. Hərraca çıxarılan avtomobil bütün ömrünü xüsusi kolleksiyalarda keçirib, indi isə İndianapolis avtodromunun muzeyi tərəfindən hərraca çıxarılıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bərpa işləri zamanı kabrioletin kuzovu bir neçə dəfə rənglənib: əvvəlcə kuzov qırmızı, sonra sarı, daha sonra isə tünd mavi rəngə boyanıb. Hazırda avtomobilin kuzovu sonuncu rəngdədir.

Lotun dəyəri hərracın sonuna çöx böyük məbləğə - 1.341.000 dollara çatıb ki, bu da Bring a Trailer üçün rekord məbləğ olub. Əvvəlki rekord, 2019-cu ildə 1.234.567 dollara satılan 1956-cı ildə istehsal olunmuş Mercedes-Benz 300 SL Gullwing modelinə məxsus idi.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.