Sotheby's hərrac evi, 1000 at qüvvəsinə malik olan Ferrari F40 Competizione modeli hərraca çıxarıb. Bəlkə də bu avtomobil əfsanəvi modelin ən radikal və ən sürətli nüsxələrindən biridir. Berlinettadan uzun müddət yarışlar üçün istifadə ediblər, lakin onun hələ də adi yollarda istismar üçün icazəsi var.

Avtomobil bir neçə dəfə təkmilləşdirilib - əvvəlcə Cavallino Tuning, sonra G-Tex firmaları onun üzərində işləyiblər. Bir müddət bundan öncə isə, onu Ferrari Icona və Tailor-Made bölməsinin xüsusi avtomobillərinin istehsalına cavabdeh olan Zanasi Group şirkətinə göndəriblər - burada superkar dəbli boz rəngə boyanıb.

Heç kim F40 modelinin bütün zamanların ən tanınan Ferrari superkarı olduğunu inkar edə bilməz. Maraqlıdır ki, onu əvvəlcə GT sinifindən olan avtomobili kimi hazırlayıblar və modelin yarışlarda iştirakı nəzərdə tutulmayıb. Bununla belə, yarışlar üçün bir neçə avtomobil peyda olub.

Onlar Michelotto firması tərəfindən hazırlanıb və hamıya məlumdurlar - bunlar F40 GT, F40 LM və F40 GTE yarış avtomobilləridir. Markanın “Le Manın 24 saatı” yarışlarında iştirak etmək niyyətində olan fransız idxalçısının sifarişi ilə yaradılmış F40 Competizione modelini də unutmamaq gərəkdir.

Adı çəkilən F40 yarış avtomobillərindən fərqli olaraq, şassi nömrəsi “80782” olan berlinetta dərhal Competizione indeksini almayıb. Əvvəlcə avtomobil Niderlanddakı Kroymans BV diler firmasına təhvil verilib və diler F40 modelini Cavallino Tuning yarış “qanadının” köməyi ilə yarışlara hazırlayıb.

Avtomobil tənzimlənən Intracks amortizatorlarını, gücləndirilmiş əyləcləri və Stack cihazlarını alıb, lakin mühərrik standart olaraq qalıb - 2,9-litrlik V8 mühərriki 478 at qüvvəsi və 577 Nm fırlanma anı hasil edirdi. İşlər başa çatdıqdan sonra, F40 modeli Dutch Racing Promotions komandasına satılıb.

Avtomobil bir neçə il yarışlarda iştirak edib, sonra isə, yenidən təkmilləşdirmələrə məruz qalıb. Bu dəfə Britaniyanın G-Tex firmasının mütəxəssisləri təhlükəsizlik qövsünü və pnevmatik domkratları yeniləyib, mühərrikin gücünü isə, 700 at qüvvəsinə qədər artırıblar.

1997-1998-ci illər arasında superkar bir neçə dəfə yenidən rekonstruksiya edilib. 2019-cu ildə avtomobilə Autofficina firmasında qulluq olunub, nəticədə o, yeni yanacaq çənini və yanğınsöndürəni əldə edib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

F40 modeli hazırkı sahibi tərəfindən alınmazdan əvvəl, Zanasi Group şirkətinin mülkiyyətində olub. Orada superkar yenidən üçqatlı boz Grigio Nardo rənginə boyanıb, kuzova 60-cı illərin yarış avtomobilləri üslubunda Ferrari loqoları çəkilib və bir sıra mexaniki komponentlər dəyişdirilib. Bütün bu işlər 123 min avroya başa gəlib - lakin indi kupe mühərrikinin hasilatını 1000 at qüvvəsinə tənzimləmək olar.

Ənənəvi olaraq lotun qiymət barədə məlumat verilmir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.