Gooding&Company hərrac evi Pebbl-Biçdə keçiriləcək hərraclara unikal Ferrari Sergio avtomobilini çıxaracaqdır. Orijinal kuzov rənginə və interyer tərtibatına malik olan modeldən cəmi altı nüsxədə buraxılıb. Lotun ilkin qiyməti 2,5 - 3 milyon dollardır.
Ferrari Sergio modelinin carçısı olan Pininfarina Sergio konseptini 2013-cü ildə Cenevrə avtosalonunda nümayiş etdiriblər. Modelin Ferrari 458 Speciale Aperta sportkarının əsasında inşa edilmiş əmtəə versiyasını isə iki il sonra, elə həmin Cenevrə avtosalonunda nümayiş etdiriblər. Rodster məşhur Pininfarina atelyesinin 85 illik yubileyinin və 1961-2001-ci illərdə studiyaya başçılıq etmiş Sercio Battista Pininfarinanın şərəfinə buraxılıb.
Ferrari Sergio 605 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 4,5-litrlik V8 atmosfer mühərriki və yeddi pilləli preselektiv «robot» ilə təchiz edilib. Yerində 100 km/saat həddinə Sergio üç saniyəyə sürətlənir və 330 km/saatlıq maksimal sürət həddinə malikdir.
Rodsterin Cenevrədəki təqdimatı zamanı onun altı nüsxədən ibarət tirajla buraxılacağı və avtomobillərin hər birinin özünəməxsus orijinal kuzov rənginə və interyer tərtibatına sahib olacağı bildirilmişdi. Sergio modelinin ilk nüsxəsi Abu-Dabidəki SBH Royal Auto Gallery firmasına göndərilib. 2017-ci ildə sarı rəngli kuzova malik olan superkarı beş milyon dollara satmağa cəhd göstəriblər.
Mənbə: Gooding&Company