Parisdəki Bonhams hərracında unikal Ferrari avtomobili satışlara çıxarılacaqdır. Bu 1975-ci ilin Ferrari 308 GTB modelinin bazasında yaradılmış yarış avtomobilidir. Ferrari 308 GTB modelinin kuzovu Pininfarina atelyesi tərəfindən hazırlanmışdır. Sportkar ortamühərrikli quruluşa və səkkiz silindrli mühərrikə malik idi.

Hərraca şıxarılacaq avtomobil Michelotto şirkəti tərəfindən Stradale Group 4 kateqoriysında çıxış etmək üçün hazırlanmışdı.

Ümumilikdə Group 4 kateqoriyasında iştirak etmək üçün 14 avtomobil buraxılmışdı. Lakin, bu avtomobillərdən neçəsinin bu günə gəlib çıxdığı məlum deyildir. 2015-ci ildə avtomobil JMR Motorsport komandasının mütəxəssisləri tərəfindən təkmilləşdirilmələrə məruz qalmışdır. Onlar sportkarın şassisini gücləndirmiş, yeni qapılar, kapot, yüngülləюdirilmiş bamperlər və mühərrikin süsəlifindən olan örtüyünü quraşdırmış, həmçinin avtomobili AP RAcing əyləc sistemi ilə təchiz etmişdirlər.

Bundan başqa, mütəxəssislər Ferrari 308 GTB Group 4 modelini hidravlik əl əyləcini əldə etmişdir. 

Sportkarın mühərriki də yenidən yığılmışdır. Güc aqreqatı yeni döymə porşenləri və silindrliyərin polad gilizləri, klapan, yaylar və yönləndiliciləri əldə etmişdir. Bütün bu təkmilləşdirmələr nəticəsində mühərrikin gücü 297 at qüvvəsi, çəkisi ilə 1085 kiloqram  təşkil etmişdir. Beləliklə, bu sportkar adi modeldən 200 kiloqram yüngüldür. Bərpa edildikdən sonra Ferrari 308 GTB Group 4 sportkarı Casta Brava Rally, Rally 2000 Virages və Alp la Massella Hill Climb yarışmalarında iştirak etmişdir.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt