Orijinal Springs Classic Mecum sərgisi əsnasında, ingilis pilot və yarış mühəndisi Ken Maylzın əfsanəvi Ford Mustang Shelby GT350R avtomobili hərraca çıxarılıb. 1965-ci ildə buraxılmış əzələ avtomobili rekord qiymətə - 3.85 milyon dollara satılıb. Bu qiymət, avtomobili bu günə qədər hərracda satılan ən bahalı Mustang modelinə çevirib.
Hərraca çıxarılan nüsxə yarışa çıxan ilk Shelby GT350R kupesidir. Avtomobil 306 at qüvvəsi və 446 Nm fırlanma anı hasil edən V8 mühərriki və dörd pilləli mexaniki ötürmələr qutusu ilə təchiz edilmişdir. Avtomobil, yarış zamanı çəkilən şəkil sayəsində Flying Mustang ("Uçan Mustanq") ləqəbini alıb: fotoqraf avtomobili dörd təkəri yerdən üzüldüyü an çəkməyə müvəffəq olmuşdu.
Məhz bu avtomobil yarış trekində qələbə qazanan ilk Shelby modeli, həmçinin xüsusi olaraq yarışlar üçün hazırlanmış R indeksli ilk Shelby olub. Bu müddət ərzində avtomobilin bir neçə sahibi olub və o, daim yarışlarda iştirak edib. Sonrakı 14 ildə unikal avtomobil Boulderdəki Shelby muzeyində nümayiş etdirilib. 2010-cu ildə Con Atzbax tərəfindən satın alınan Shelby GT350R bərpa edilərək orijinal vəziyyətinə qayıtılıb.
Indianapolisdə keçirilmiş hərraca qədər ən bahalı Mustang modeli Stiv MakKuin ilə "Bullitt" filmində çəkilən avtomobil olub. Həmin avtomobil hərracda 3.74 milyon dollara satılmışdı.