Real superkarların eksklüziv miqyaslı modellərinin yaradılması üzrə ixtisaslaşmış Amalgam şirkəti 1:8-dən 1:12 miqyasına qədər olan unikal nüsxələri satışa çıxarıb. Miqyaslı modellərin qiymətinin bir neçə min avro olduğu bildirilib. Məsələn, yeganə nüsxədə mövcud olan miniatür Ferrari SF90 Stradale modelinin qiyməti hərrac zamanı yeddi min avroya qədər yüksəlib.

Miniatür Ferrari SF90 Stradale modelini Ferrari şirkətinin sifarişi ilə hazırlayıblar. İtalyan şirkətinin mütəxəssisləri miniatür modeldən fərdiləşdirmə proqramının nümayişi üçün istifadə ediblər.

Satışa çıxarılan digər modellərin arasında 16 nüsxədə buraxılmış Bugatti 16C Galibier modelinin bir nüsxəsi, habelə 11 nüsxədən ibarət olan Mercedes-Benz F800 modelinin detallaşdırılmış surəti də var. Bugatti miqyaslı modelinin 10.000, Ferrari modelinin isə 15.000 avroya satılacağı gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bundan başqa, hərracda “Le Manın 24 saatı” marafonunda iştirak etmiş Bugatti EB110 LM və Audi R8 sportprototiplərinin miqyaslı modellərini də satın almaq olar. Modellərin qiyməti 11-13 min avro arasındadır.

Eyni zamanda, Gran Turismo oyunu üçün yaradılmış “virtual” McLaren Ultimate Vision konseptinin surəti və Louis Vuitton moda evinin mütəxəssisləri tərəfindən hazırlanmış və 200 nüsxəlik tirajla buraxılmış Talbot-Lago 1150C SS Goutte d’Eau kupelərindən biri də əlçatandır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.