Pagani şirkəti tərəfindən yeganə nüsxədə istehsal edilən Zonda Riviera superkarı Səudiyyə Ərəbistanında yerləşən Seven Car Lounge diler mərkəzinə göndərilib.
İlk dəfə Pagani Zonda Riviera modeli haqqında məlumat iyul ayında peyda olmuşdu. O zaman avtomobil promo məqsədləri üçün istifadə edilən avtomobil kimi buraxılmışdı. Avtomobilin sosial şəbəkələrdə yayılan fotoşəkilləri onun ən gözəl Zonda superkarı olduğunu sübut edib.
Beləliklə, Pagani Zonda Riviera ağ mirvari rənginə boyanmış kuzova malikdir. Kuzovun tərtibatında parlaq karbondan olan elementlərdən istifadə edilib. Üstəlik, avtomobil kuzov boyu uzanan mavi rəngli zolağa sahib olub. Eyni rəngli haşiyələrdən kuzovun yan tərəfində və təkər disklərində də istifadə edilib.
Pagani Zonda Riviera həmçinin aqressiv aerodinamik kuzov dəstinə də malikdir. Buraya iri ön splitteri, arxa antiqanadı və diffuzoru misal gətirmək olar.
Superkarın interyer tərtibatı da ən tələbkar müştərini təəccübləndirməyə qadirdir. Salonda quraşdırılan idman oturacaqları mari rəngli dəri və alkantara ilə örtülüblər. Mərkəzi konsolun tərtibatında isə, karbon və alüminiumdan hazırlanmış dekorativ elementlərdən istifadə edilib.
Avtomobil Zonda 760 ailəsinin təchiz edildiyi 760 at qüvvəsi hasil edən 7,3-litrlik V12 atmosfer mühərrik ilə hərəkətə gəlir.