Bu yaxınlarda RM Sotheby’s hərrac evinin maraqlı bir lotu hərraclara çıxardığı haqqında məlumat yayılmışdır. Bu lot nadir tapilan bir avtomobildir və 1997-ci ilin istehsalı olan Porsche GT1 Evolution yarış avtomobilidir. Bu avtomobili məhdud sayda buraxılmış və ümumi yollar üçün nəzərdə tutulmuş 911 GT1 Straßenversion modeli ilə səhv salmaq olamaz. Hərraca çıxarılan avtomobil ümumi yollarda istifadə üçün yenidən hazırlanmış əsl yarış bolididir. Bu avtomobilin çox zəngin yarış tarixçəsi mövcuddur.
Porsche GT1 Evolution iştirak etdiyi 31 yarışdan 13-də qələbə çalmış və üç dəfə - 1999, 2000 və 2001-ci illərdə Kanada GT çempionatının qalibi olmuşdur. Avtomobilin kapotunun altında 600 at qüvvəsi gücü olan 3,2-litrlik iki turboüfürməli altı silindirli mühərriklə hərəkətə gəlir. Müqayisə üçün xatırladaq ki, 911 GT1 Straßenversion modeli 544 at qüvvəsinə və 100 kiloqram daha çox çəkiyə malikdir.
Avtomobil bu ilin may ayında Monakoda keçiriləcək hərracda satışa çıxarılacaqdır. Bu nadir avtomobilin satışından 2,97 - 3,3 milyon ABŞ dolları (4,76 - 5,29 milyon manat) arasında vəsait əldə etmək planlaşdırılır. Bildirmək istərdik ki, 25 ədəd tirajla istehsal edilmiş daha «sadə» Porsche 911 GT1 Straßenversion modelinin qiyməti hal-hazırda iki milyon ABŞ dolları ( üç milyon iki yüz min manat) təşkil edir.