RM Sotheby’s hərrac evi 964 seriyasından olan Porsche 911 modellərinin ən bahalı və ən eksklyuziv kolleksiyasını hərraca çıxaracaqdır.Hərrac mart ayında Amelia Island Concours d’Elegance zəriflik müsabiqəsi çərçivəsində keçiriləcəkdir. Bütün kolleksiya təxmini olaraq 7,4 milyon dollara satılmalıdır.
Satışa çıxarılan avtomobillər, alman markasının xüsusi bölməsi tərəfindən təkmilləşdirilmiş nadir Porsche modelləri hesab edilirlər. Kolleksiyaya 964 kuzovunda olan 11 və 930 kuzovunda olan bir sportkar daxildir.
Onların arasında 45 nüsxəlik seriyadan olan və sarı Ferrari Yellow rənginə boyanmış Porsche Carrera RSR 3.8 sportkarı da vardır. Sportkarın yürüş məsafəsi 765 kilometr təşkil edir. Onun təxmini qiyməti 1,2 – 1,4 milyon dollardır.
Porsche 911 Turbo S X83 “Flachbau”
Daha bir maraqlı lot 1993-cü ilin Porsche 911 Carrera RS 3.8 sportkarıdır. Şirkət cəmi 55 ədəd belə sportkar istehsal edib. Bu avtomobilin qiymətinin 1,5 milyon dollar olacağı gözlənilir.
Hərraca, həmçinin unikal Porsche 911 Turbo S X83 “Flachbau” sportkarı çıxarılacaqdır ki, bu avtomobildən cəmi 10 ədəd buraxılmışdır. Onlardan bir neçəsi “yastı buruna” malikdirlər.
Keçən ilin yazında RM Sotheby’s hərrac evi İtaliyada 1993-cü ilin istehsalı olan unikal Porsche 911 Carrera RSR 3.8 trek sportkarını satışa çıxarmışdır. Avtomobilin yürüşü 10 kilometr idi. Cəmi 51 ədəd belə sportkar buraxılıb.