Yaxın zamanlarda Amelia Island hərracında maraqlı bir lot satışa çıxarılacaqdır. Bu Amerikada istehsal edilmiş Saleen S7 superkarıdır. Xatırladaq ki, 2000-ci ildə debüt etmiş bu superkardan dörd il ərzində 1500 ədəd istehsal edilmişdir.
Şəkildə təsvir edilmiş gümüşü rənglu S7 superkarını ümumiyyətlə nadir tapılan avtomobillərdən hesab etmək olar. Onun unikal edən cəhətlərindən biri kuzovun gümüşü rənginin cilalanmış təkər disklərinin və qəhvəyi rəngli salonla vəhdətidir. Bundan başqa, bu avtomobil unikal edən, onun 2004-cü ildə buraxılmış səkkiz superkardan biri, atmosfer mühərriki ilə təchiz edilmiş 30 avtomobildən biri olmasıdır. Bütün bu məlumatlar xüsusi sertifikatla təsdiq edilir.
Hərraca çıxarılacaq avtomobil ilk dəfə Oreqon ştatının Portlend şəhərində satılmışdır. İki ildən sonra avtomobil sahibini dəyişmişdir. 2414 kilometr yürüş etmiş avtomobilə RM Sotheby’s hərrac evinin mütəxəssisləri 390 - 500 min ABŞ dolları məbləğində qiymət təyin etmişdirlər. Avtomobil istismar üzrə rəhbərlik kitabı, alətlər dəsti və hətta, iki açar dəsti ilə birlikdə satılır.
4775 millimetr uzunluğa, 1981 millimetr enə, 1041 millimter hündürlüyə malik olan avtomobilin 1247 kiloqram çəkisi vardır. Tamamilə karbondan hazırlanmış kuzova malik olan superkar, Ford şirkətinin istehsalı olan 551 at qüvvəli 7,0-litrlik V8 mühərriki, altı pilləli mexaniki ötürmələr qutusuna, tənzimlənən ön və arxa asma, havalandırmalı Brembo əyləc mexanizmləri ilə təchiz edilmişdir. Superkar 100 km/saat həddinə 3,3 saniyəyə sürətlənir və 354 km/saat maksimal sürətə malikdir.