Fərdi sifarişlər ilə xüsusi avtomobillərin inşası üçün yaradılmış Ferrari Special Projects bölməsi böyük dərəcədə tələbata malik olduğunu artıq sübut edib: müştərilərindən ibarət növbə beş illik müddətə malikdir! İşlər tam sürətlə gedir və şirkət öz ustalarının daha bir əsərini - Ferrari BR20 kupesini təqdim edib. Bu, artıq Special Projects seriyasından olan on üçüncü avtomobildir.
Ferrari RB20 indeksində nəyin şifrələndiyini açıqlamır, lakin bu simvollar böyük ehtimalla, şəxsiyyətini gizli saxlamaq istəyən, lakin hansısa şəkildə, unikal avtomobilin yaradılmasında dərindən iştirak etmiş müştəri ilə bağlıdır. Yeni layihə, seriya istehsalına keçən il son verilmiş tam ötürməli Ferrari GTC4Lusso superkarına əsaslanır. Ancaq dörd nəfərlik salonu olan üçqapılı universalın əvəzinə maili damı və iki oturacağı olan unikal kupe kuzovu yaradılıb.
Ferrari BR20 modelinin dizaynının keçən əsrin 50-60-cı illərinin superkarlarından, xüsusən də Ferrari 410 SA və 500 Superfast modellərindən ilhamlandığı iddia edilir. Qeyd etmək gərəkdir ki, yəkcə hava yönləndiriciləri və kuzov panelləri deyil, işıq texnikası da yenidən yaradılıb. Məsələn, fənərlər daha yığcam olublar və aşağıda yerləşirlər, gündüz hərəkət işıqlarının LED zolaqları isə incələşiblər. Unikal 20-düymlük təkər diskləri və buraxılış sisteminin çıxış boruları da yenidən yaradılıblar. Orijinal üçqapılı modelin 2990 millimetrlik təkər bazası qorunub saxlanılıb, arxa kuzov çıxışı isə 76 millimetr artırılıb.
Salonun ön hissəsi seriya GTC4Lusso modelində olduğu kimi qalıb. İnteryer tərtibatında tünd qəhvəyi dəri və karbonplastikdən istifadə olunub. Arxa oturacaqların yerində əşyalar üçün meydançası və əlavə eninə kuzov gücləndiricisi olan baqaj bölməsi təşkil edilib.
Superkar V12 mühərrikini və tam ötürməli transmissiyanı qoruyaraq saxlanılıb, lakin onların xarakteristikaları açıqlanmayıb. Orijinal Ferrari GTC4Lusso superkarı 690 at qüvvəli 6,3-litrlik mühərrik ilə hərəkətə gəlirdi. Avtomobil 100 km/saat həddini 3,4 saniyəyə toplayırdı. Yeganə nüsxədə tinşa edilmiş kupenin qiyməti də açıqlanmayıb. Çox güman ki, bu avtomobili yalnız zəriflik yarışmalarında görmək mümkün olacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.