Bu gün internet şəbəkəsində Lada Vesta modelinin universal kuzovlu variantının cəsus fotoşəkili yayılmışdır. Şəkilin müəllifinin idda etdiyinə görə, universalın prototipi Tolyatti şəhərində çəkişmişdir. Çox güman ki, avtomobil son sınaqlardan keçmək üzrədir.
Qeyd etmək lazımdır ki, əvvəlki cəsus fotoşəkillərindən fərqli olaraq, yen şəkildəki prototip daha az kamuflyaja malikdir. Bundan başqa, ilk dəfə olaraq arxa şüşələr və istehsala gedəcək işıq texnikası şəkildə açıq şəkildə təsvir olunmuşdur. Lada Vesta universal modelinin istehsalı bu ilin yay aylarında başlamalıdır. Avtomobilin təqdimatı isə bir qədər əvvəl baş tutacaqdır. Ehtimal etmək olar ki, yeni universalın təqdimatı aprel-may aylarında keçirilməlidir.
Bununla belə, bu məlumat hələlik rəsmi təsdiqini tapmamışdır.