Güclü WRX universalı Subaru markasının model çeşidindən 2017-ci ildə yoxa çıxıb. O zaman, bu universal Subaru Impreza WRX adlanırdı və onun ikinci nəsli yerini üçüncüsünə vermişdi. Artıq belə bir “qaynar” universal Subaru markasının model çeşidinə geri qayıdır! Subaru WRX Sportwagon adlandırılan universal uzaq Avstraliyada debüt edəcəkdir. Bununla belə, sonradan “qaynar” universalın digər bazarlarda debüt edəcəyi istisna olunmur.
Bu avtomobili genealogiyasını izləmək maraqlıdır. Formal olaraq Impreza universalının varisi 2014-cü ildə debüt edən Subaru Levorg modeli olub. Özü də, Levorg modelinin çeşidində Yaponiya və Avstraliyada satılan 2,0-litrlik turbomühərriklə hərəkətə gələn “qaynar” versiya da var idi.
Bir il əvvəl debüt etmiş Levorg modelinin ikinci nəsli yalnız Yaponiyada və alternativsiz 177 at qüvvəli 1,8-litrlik mühərrik ilə satılır. Bir müddət bundan öncə isə, Levorg modeli ilə geniş şəkildə unifikasiya edilmiş Subaru WRX sedanı debüt edib.
Gələcək Subaru WRX Sportwagon modeli isə, bu iki modelin calağından əmələ gəlib – yeni model WRX sedanının texniki hissəsinə malik olan Levorg universalıdır.
WRX Sportwagon modeli Avstraliya bazarında sedan ilə birlikdə satış debütü edəcəkdir. Əgər Suvaru WRX sedanı qara plastikdən hazırlanmış kross-dəstə malik olsa da, Sportwagon bu dekordan məhrum edilib.
Hər iki versiya amerikan spesifikasiyasında 275 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,4-litrlik oppozit turbomühərriki (Avstraliya üçün dəqiq xüsusiyyətlər açıqlanmayıb) ilə hərəkətə gələcəklər. Universalı yalnız səkkiz qeyd olunmuş pilləsi olan variatorla əldə etmək mümkündürsə, sedanı mexaniki transmissiya ilə də sifariş etmək mümkün olacaqdır. Ötürmə - məlum məsələdir ki, tamdır.
Subaru WRX modelləri Avstraliyada 2022-ci ilin ikinci rübündə satışa çıxmalıdırlar. Modellərin tam xarakteristikaları satışların başlanmasına yaxın açıqlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.