İtalyan Up Design dizayn-studiyası 8-12 iyun tarixlərində Turində keçiriləcək avtosalonda iki konsepti təqdim edəcəyini elan etmişdir. Dizayn atelyesi avtosalona Luce kupesini və Valentino hetçbekini gətirmək fikrindədir. Sonuncu avtomobil Tesla Model S elektrokarının yeni dizaynlı variantıdır. Avtomobillərin dəqiq xarakteristikaları məlum olmasa da, OmniAuto nəşrinin bildirdiyinə görə, Valentino modelinin əsas xüsusiyyəti «karbondan hazırlanmış aqressiv kuzov dəsti» olacaqdır.
Bununla belə, Valentino konseptinin çəkisi 2100 kiloqrama bərabər olacaqdır. Xatırladaq ki, Tesla Model S avtomobilinin çəkisi də bu qədərdir. Prototip 421 at qüvvəsi olan elektrik güc aqreqatı ilə təchiz ediləcəkdir ki, bu mühərrik də Tesla Model S 90D modelinə quraşdırılır. Lakin, italyanların hazırladıqları konsept seriya elektrokarından fərqli olaraq 502 kilometr məsafə qət etmək iqtidarında olacaqdır. Bu standart avtomobildən olduğundan 30 kilometr çoxdur.
Luce kupesinin çəkisi isə 1200 kiloqram təşkil edir ki, avtomobilin kuzovu yüngülləşdirilmiş alüminiumdan hazırlanmışdır. Bundan əlavə, kupenin konstruksiyasında təkrar emaldan əldə edilmiş materiallarından istifadə edilmişdir.
Luce konsepti tam çəkişli olacaqdır və 288 at qüvvəsi olan elektrik güc aqreqatı ilə təchiz ediləcəkdir. Tam dolu batareyalarla avtomobil 340 kilometr yürüş edə biləcəkdir.
Up Design Valentino
Up Design dizayn studiyasının əsası Turində yerləşən İ.DE.A İnstitute avtomobil atelyesinin keçmiş əməkdaşı Umberto Palermo tərəfindən qoyulmuşdur.
Studiya 2012-ci ildə Vittoria hibrid superkarını və Mole 01 konseptual avtomobil kuzovunu təqdim etmişdir.
Firma həmçinin sənaye dizaynı ilə də məşğul olur ki, onun da müştəriləri arasında İndesit və Ariston kimi tanınmış məişət texnikasının istehsalçıları da vardır.