Bentley şirkəti Bentayga EWB modelinin məhdud sayda buraxılacaq xüsusi Azure First Edition nəşrini təqdim edib. Bentley Bentayga Azure First Edition modeli 12 müddətində satışda olacaqdır. Bununla belə, Britaniya istehsalçısı məhdud seriyadan olan krossoverin qiymətini açıqlamayıb.

Britaniya istehsalçısı Azure First Edition modelini adi Azure modelindən fərqləndirməyə kömək edəcək ştirxlərlə təchiz edib. Avtomobilin eksteryer və interyerində “First Edition” nişanları ( sonuncu halda şpon seçimindən asılı olaraq, 0,075 millimetr qalınlığında) var. Krossoverin təchizatına First Edition üçün unikal olan sırıqlı oturacaqlar, Bentley Diamond Illumination LED qarşılama işıqlandırması və 20 dinamiki olan 1720 vatlıq Bentley for Naim audio sistemi də daxil olan bir neçə əlavə opsiya əlavə edilib.

Standart Azure modellərində olduğu kimi, Bentayga Azure First Edition 10 mili olan 22 düymlük təkər disklərini, ön bamper yeni barmaqlıqlarını, ətraf işıqlandırmasını və ön oturacaqların arxa hissəsindəki 10,1 düymlük ekranları əldə edib. Bundan başqa, arxa oturacaqların sərnişinləri öz smartfonlarındakı kontenti bu ekranlara ötürməyə imkan verən Bentley Rear Entertaiment sistemindən istifadə edə biləcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossoveri fərdiləşdirmək üçün 60-dan çox kuzov rəngi, eləcə də açıq məsaməli Crown Cut və Dark Burr qoz ağacı, Koa, Mulliner Piano Linen və Dark Tint Diamond Brushed Aluminium kimi müxtəlif tərtibat materiallarından istifadə etmək olar.

Uzunbazalı krossover yalnız 550 at qüvvəsi və 770 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təklif edilir. Səkkiz pilləli “avtomat” və daimi tam ötürmə sistemi standartdır. Dinamik xüsusiyyətlər baxımından Bentayga EWB modelinin maksimal sürət həddi 290 km/saatdır. Krossover ilk “yüzlüyə” sürətlənməyə 4,6 saniyə sərf edir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.