The Korean Car Blog nəşri yeni nəsil Genesis G90 sedanının sertifikatlaşdırma sənədini ələ keçirib. Bu sənəddə uzunbazalı flaqman sedanının (G90 LWB) mühərrikinin gücü göstərilir. Uzunbazalı versiya da, adi G90 sedanı kimi Smartstream ailəsindən olan 3.5 T-GDi turbomühərriki ilə təchiz edilib, lakin bu aqreqat 48-voltluq e-S/C elektrik kompressoruna malikdir.

Təqdimat zamanı Koreya istehsalçısı güc aqreqatının hasilatını açıqlamayıb və altısilindrli G6DV mühərrikinin fırlanma anının maksimal həddinə digərilərindən daha tez çatdığını bildirib. Bu həm də, aşağı və orta sürətlərdə bayraqdar sedanın sürətlənmə dinamikasını yaxşılaşdırmağa xidmət edir.

Smartstream ailəsi, o cümlədən klapanların açılması davamlılığının daim dəyişməsi sisteminə (CVVD) və 1,0 - 3,5 litr arasında iş həcminə malik olan geniş mühərrik çeşidini təklif edir. Bu mühərrikləri bütün Hyundai/Kia modellərinə quraşdırırlar, lakin G6DS zavod indeksinə və iki turbokompressora malik olan 3,5-litrlik V6 mühərriki hələlik Genesis modelləri üçün ayrılıb.

İkinci nəsil G90 modelində bu mühərrik 380 at qüvvəsi və 530 Nm fırlanma anı hasil edir. Genesis G90 LWB modelində bu aqreqatın hasilatı bir qədər çoxdur, çünki güc aqreqatı 48-voltluq e-S/C elektrik kompressoru ilə tamamlanır.

Elektrik kompressorlu 3,5-litrlik V6 turbomühərriki G6DV indeksinə malikdir və onun gücü 415 at qüvvəsi (+ 35 at qüvvəsi) təşkil edir. Fırlanma anının kəmiyyəti yenə də açıqlanmayıb, lakin Koreya istehsalçısı G6DV mühərrikinin fırlanma anının maksimal həddinə digərilərindən daha tez çatdığını və bunun aşağı və orta sürətlərdə sürətlənmə dinamikasını yaxşılaşdırdığını bildirib.

Yeri gəlmişkən, 425 at qüvvəsi və 520 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 atmosfer mühərriki ilə təchiz olunmuş əvvəlki nəsil G90 modeli 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənirdi. Odur ki, yeni flaqman sedanının beş saniyəyə yaxınlaşacağını gözləmək olar.

Xatırladaq ki, Genesis G90 LWB modeli yalnız tam ötürmə sistemi ilə təchiz edilir, onun standart təchizatına klirensi avtomatik tənizmləyən çoxkameralı pnevmoasqı və dönən arxa ox daxildir.

Bundan başqa, uzunbazalı sedan da adi G90 modeli kimi ön kamera və naviqasiyanın məlumatlarında istifadə edən prediktiv Preview-ECS asqısı, yaxın işıqların hər birinin 200 mikrolinzası olan Two-Line fənərləri və Koreya üçün ənənəvi olan sanqam texnikası ilə hazırlanmış inkrustasiya ilə bəzədilmiş interyer ilə təklif edilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.