Hyundai şirkəti Çin bazarında satılan uzunbazalı Sonata modelini təqdim edib. Xüsusi olaraq Səma İmperatorluğu üçün hazırlanan modifikasiya təkcə ölçüsü ilə deyil, həm də interyerin dizaynı ilə də fərqlənir. Məsələn, rəqəmsal cihazlar paneli və media sisteminin displeyləri Mercedes-Benz şirkətinin MBUX sistemində olduğu kimi vahid element şəklində birləşdirilmişdir.
Çin mediasının bildirdiyinə görə, "çinli" Hyundai Sonata modelinin qabarit uzunluğu 4955 millimetr, təkər bazası isə 2890 millimetrdir. Beləliklə, uzubazalı sedanın oxları arasındakı məsafə adi sedanda olduğundan 50 millimetr, uzunluğu isə 55 millimetr çoxdur. Bununla birlikdə, ölçülərə əlavə olaraq interyer dizaynda və mühərrik çeşidində də fərqlər mövcuddur.
Salonda ilk diqqəti çəkən şey ön panelin dizaynıdır. Azırbaycanda satılan sedanlardan fərqli olaraq, çinli "Sonatada" virtual cihazlar paneli və media kompleksinin ekranı ümumi şüşə altında birləşdirilib və iqlimə nəzarət sisteminin bloku isə tamamilə sensorludur. Bundan əlavə, mərkəzi konsolun təşkilində də fərqlər vardır.
Çində təklif edilən Hyundai Sonata modelininn mühərrik çeşidi Smartstream ailəsindən olan turbomühərriklərdən ibarətdir. Çeşidə 170 at qüvvəli 1,5-litrlik və 240 at qüvvəli 2,0-litrlik dördsilindrli mühərriklər daxildir. Kiçik həcmli aqreqat 7-pilləli DCT "robotu", daha güclü versiya isə 8-diapazonlu "avtomat" ilə tandemdə çalışır.