Aston Martin şirkəti 2030-cu ilə bütün model cərgəsini elektrikləşdirməyə hazırlaşır. Plana əsasən, britaniyalılar həm 12-silindrli mühərriklərin, həm də daxili yanma mühərriki olan Vantage modelinin “son nəğməsi” olacaq xüsusi versiyasını hazırlayırlar. Britaniya istehsalçısı dərc etdiyi qısa videoçarxda superkarın arxa hissəsini nümayiş etdirərək, onun mühərrikinin səsini dinləməyə imkan yaradıb. Qeyr-rəsmi məlumata görə, V12 mühərrikinin vida versiyası 700 at qüvvəsi hasil edəcəkdir. Lakin bu məlumat rəsmi təsdiqini tapmayıb.

Tizerdəki Aston Martin Vantage superkarının iri arxa antiqanada, arxa işıq texnikasının nazik işıqlanan zolağına və onun altında yerləşən “Aston Martin” yazısına sahib olduğu görünür. Çox güman ki, superkar onu standart Vantage modelindən fərqləndirəcək digər eksteryer elementlərinə də malik olacaq. Böyük ehtimalla, bu elementləri növbəti tizerlərdə nümayiş etdirəcəklər.

Motor1 nəşrinin bildirdiyinə görə, V12 mühərrikli sonuncu Vantage superkarı Vantage RS adını alacaq və 299 nüsxəlik tirajla buraxılacaqdır. Ekstremal Vantage modeli V12 Speedster barkettasından götürülmüş mühərriklə təchiz edilə bilər: 5,2-litrlik biturbomühərrik 700 at qüvvəsi və 700 Nm fırlanma anı təklif edir.

Xatırladaq ki, Aston Martin V12 Speedster barkettası 100 km/saat həddiniu 3,5 saniyəyə toplayır, onun maksimal sürəti isə, elektron “boyunduruğun” köməkliyi ilə 300 km/saat həddinə məhdudlaşdırılır.  Lakin Vantage modelinin final versiyasındakı aqreqatın yeni tənzimləmələri alacağı istisna olunmur. Bu halda mühərrikin hasilatı arıtırıla və tamamilə karbonplastikdən hazırlanmış kuzov sayəsində isə ilk “yüzlüyə” sürətlənmə daha yeyin ola bilər.

Aston Martin Vantage RS modelinin debütü 2022-ci ildə baş tutmalıdır: insayderlər bu əlamətdar hadisənin yazda baş verəcəyini söyləyiblər. Vantage modelinin varisi elektrik mühərriki ilə hərəkətə gələcəkdir. 2030-cu ilə isə, Britaniya markasının modelləri ya elektrokar, ya da hibrid olacaqdırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.