Amerikada fəaliyyət göstərən Valdal Cars şirkəti özünün ilk modelini - One trek sportkarını təqdim edib. BAC Mono ideologoyasına uyğun inşa edilmiş sportkar FIA-nın texniki tələblərinə cavab verən karbon monokokun ətrafında yığılıb və Honda Civic Type R modelinin mühərriki ilə təchiz edilib.
Avtomobilin kuzov panelləri də karbondan hazırlanıb. Bu panellərə hesablama hidrodinamikasının köməyi ilə hesablanmış və yeyin çıxarılan bölmələri olan aerodinamik elementlər quraşdırılıb. Bu elementlər sayəsində döngələri qət edən zaman yüklənmələr 3g səviyyəsinə çata bilərlər. Trek sportkarının çəkisi 555 kiloqramdır.
Puşrodlara malik olan ön və arxa asqı Formula 1 bolidlərindən ilham alaraq yaradılıb. Sportkar tənzimlənən amortizatorlara və köndələn dayanıqlılıq stabilizatorlarına, üfüqi 2g yükləməsini təmin edən monobloklu supportları olan əyləc mexanizmlərinə və havalandırmalı disklərə sahibdir.Valdal One müxtəlif ölçülü 18-düymlük təkər diskləri və Pirelli slikləri ilə təchiz edilir.
Arxada yerləşən 2,0-litrlik dörd silindrli turbomühərrik standart olaraq 340 at qüvvəsi təklif edir. Valdal One R hardkor modifikasiyasının mühərrikinin gücü isə 560 at qüvvəsinə qədər artırılıb. Bu halda sportkarın gücün çəkiyə olan nisbəti bir tona 1000 at qüvvəsi təşkil edir ki, bu da Koenigsegg Regera hiperkarının müvafiq göstəricisinə uyğundur. İstehsalçı avtomobilin dinamik xarakteristikalarını açıqlamayıb.
Valdal One modelinin təchizatına avtomobilin əsas qurğularının işini və yüklənmə kəmiyyətini izləyən sensorlar daxildir. Bu sensorlar aktiv telemetriya sistemlərin ilə tandemdə çalışır. İstehsalçı bu kompleksi trekdə idarəetməni öyrədən proqram kimi səciyyələndirib.
Trek sportkarının baza variantının satış qiyməti 119700 dollar təşkil edir.