Lamborghini şirkətinin keçmiş test-pilotu Valentino Balboniyə məxsus olan VB fırması Huracan STO yol-trek superkarı üçün yaradılmış yeni buraxılış sistemini təqdim edib. Yeni sistem titan və inokeldən hazırlanıb və cəmi 6,45 kiloqram çəkiyə malikdir. Qeyd etmək gərəkdir ki, bu məhsul tamamilə əl işidir.
40 il Lamborghini şirkətində çalışdıqdan sonra, işdən ayrılan Balboni 2016-cı ildə öz şəxsi biznesini yaradıb. Valentinonun bildirdiyinə görə, yeni buraxılış sistemi, üzərində çalışdığı ən mürəkkəb işlərdən biridir. Bununla belə, yaradıcılıq prosesinin özü daha əyləncəli olub.
Xatırladaq ki, Valentino Balboni öz biznesini Aventador Superveloce superkarı üçün titandan hazırlanmış 6,3-kiloqramlıq buraxılış sistemini hazırlamaqla başlayıb. O, yeni sistemin “mühərriklərin səslənməsindəki yeni ölçünü” təyin edəcəyəni bildirmişdi. Sonradan Balboni Aventador SVJ və 12-silindrli superkarın vida versiyası olan Ultimae üçün nəzərdə tutulmuş buraxılış sisteminin üzərində işləmişdir.
VB fırması Lamborghini Huracan STO superkarı üçün cəmi 40 ədəd buraxılış sistemini buraxmaq niyyətindədir. Bununla belə, bu sayın yarısı daha eksklüziv sistemlərdən ibarət olacaqdır: onların üzərinə avtomobil sahiblərinin adı və fərdi nişanlama həkk ediləcəkdir.
Xatırladaq ki, Huracan Super Trofeo Omologata modeli 2020-ci ilin payızıdan debüt edib. O, mülki Huracan Technica və yarış Huracan GT3 Evo2 avtomobilinin əsasını təşkil edib. Huracan STO modifikasiyası arxa ötürməlidir və tam idarələnən şassiyə malikdir. Superkarın V10 atmosfer mühərriki 640 at qüvvəsi və 565 Nm fırlanma anı hasil edir.
Arxaötürməli Huracan STO modeli 100 km/saat həddinə 3,0 saniyəyə, 200 km/saat həddinə isə 9,0 saniyəyə sürətlənir. Onun maksimal sürəti 310 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.