Ehtiyat hissələrinin və komplektləşdiricilərin istehsalçısı olan Valeo şirkəti Las Veqasda keçirilən İstehlak elıektronikası sərgisində (CES) XtraVue Trailer sistemini təqdim edib. Bu sistem sürücüyə yedəyin arxasındakı yolu görməyə, manevr etməyi sadələşdirməyə və arxaya hərəkət zamanı yardım edəcəkdir.
XtraVue Trailer sisteminin işləməsi üçün avtomobilin və yedəyin arxa hissəsində yerləşdirilmiş bir neçə kameradan istifadə edilir. Bu kameralardan alınan görüntülər ayrıca displeyə ötürülür. Bununla yanaşı, istənilən ölçüdə yedəyi “gözəgörünməz” etmək olar.