Porsche şirkətinin keçən il nümayiş etdirdiyi Unseen layihəsinin ardınca daha bir qeyri-adi layihə üzə çıxıb. Alman şirkəti son on beş ildə hazırladığı ən qeyri-adi avtomobillərin üzərindən sirr pərdəsini götürməyə qərar verib. Bu dəfə istehsala getməyən avtomobili Porsche şirkəti deyil, məşhur dizayner Valter de Silva təqdim edib. O, avtomobilin şəkillərini İnstagram şəbəkəsindəki səhifəsində yayımlayıb.
Porsche 550 Spyder
Şəkillərdəki avtomobilin 2008-ci ildə inşa edilmiş Porsche 55One (yəni 551) rodsterinin olduğu görünür. Bu layihə o zaman Volkswagen konserninin rəhbəri olan Ferdinand Piex tərəfindən başladılmışdı və avtomobilin dizaynı üzərində təkcə Valter de Silva deyil, habelə Peter Vauda, Kristian Felske və Romi Rost da çalışmışdı. Təəssüf ki, avtomobil barədə rəsmi detallar yoxdur və onun yaradılması tarixi səthidir.
Porsche 550ne
Qarşımızda ən kiçik və ən əlçatan Porsche layihəsinin ilk nümunələrindən biridir. O zamanlar şirkət, Ceyms Dinin idarə etdiyi əfsanəvi Porsche 550 Spyder modelindən ilham alaraq, bənzər idman avtomobili yaratmağa çalışırdı. Porsche, Volkswagen və Audi şirkətləri birlikdə Audi TT modelindən götürülmüş dördsilindrli mühərriki olan ortamühərrikli sportkar hazırlayırdılar. Bununla birlikdə, ictimaiyyətə göstərilən yeganə avtomobil 2009-cu ilin Volkswagen Blue Sport rodster oldu. Üç ildən sonra isə, bu layihəyə son verildi.
Porsche 550ne
Porsche 55One spayderi 550 modelini xatırladan bir sıra elementlərə malikdir. Bunlara misal kimi, ön kapotdan çıxan yanacaq çəninin metal qapağı, arxa kapotdakı "qəlsəmələr" və buraxılış sisteminin mərkəzdə yerləşən çıxış borusunu göstərmək olar. İnteryer spartan üslubundadır - salonda kuzov rəngində plastik elementlərin bolluğu, qapı tutacaqlarını əvəzləmiş qayışlar və ekransız media sistemi diqqəti çəkir. Valter de Silva öz statusunda yeni sportkarı "kiçik bicbala" (The Little Bastard) adlandırıb - belə bir ləqəb Porsche 550 spayderinə Ceyms Dinin qəzasında sonra verilmişdi.
Porsche 550ne
Yeri gəlmişkən, bu prototipin maraqlı cəhətlərindən biri də Valter de Silvanın heç bir zaman rəsmi olaraq Porsche şirkətində işləməməsidir. 2007-ci ildə Volkswagen AG-nin baş dizayneri təyin olunandan sonra da de Silva yalnız Volkswagen, Audi, Skoda, Seat, Bentley, Lamborghini ve Bugatti markalarına nəzarət edirdi. Volkswagen konserni ilə Porsche şirkəti arasındakı formal yaxınlaşma səhm mübadiləsindən sonra baş vermişdi. Ancaq, görünür ki, kiçik idman avtomobili layihəsinin ortaq statusu və Ferdinand Piexin şəxsi marağı korporativ sərhədlərin dağıdılmasına gətirib çıxarıb.
Təəssüf ki, "kiçik və əlçatan Porsche" layihəsi hələ də tamamlanmayıb. Lakin cəhdlər davam edir: Unseen dosyesində 2019-cu ildə yaradılan Porsche Vision Spyder konsepti də nümayiş etdirilib.