Bir çoxlarına az tanış olan Vauxhall markası yenilənmiş Maloo VXR8 modelini təqdim edib. Əlsində adı Holden Maloo olan avtomobil zahirən kişik dəyişikliklərə məruz qalmışdır. Belə ki, yenilənmiş avtomobil, tam yeni ön panel və ön bamperə daxil edilmiş qara rəngli hava alıcılarla əvvəlkindən seçilir. Bundan əlavə, yenilənmiş avtomobil qara rəngə boyanmış yan güzgülərin gövdəsi və 20-düymlük beş qollu yengüllehimli disklərlə təchiz edilir. Avtomobilin banının rəng palitrasına iki çalar - Slipstream (parlaq mavi) və Some Like it Hot (qirmızı metallik), əlavə edilmişdir.

Daxildəki dəyişikliklər Onyx dəri oturacaqların və təkmilləşdirilmiş sürücü interfeysinin, bluetooth və GPS naviqasiyası olan multimediya sisteminin quraşdırılmasıdır. 

Əsas dəyişikliklər avtomobilin kapotunun altıda baş vermişdir. Əvvəlki LS3 V8 mühərriki yerini 6,2-litrlik LSA V8 mühərrikinə buraxmışdır. Yeni mühərrikin verimi 536 at qüvvəsi və 671 Nm fırlanma anı təşkil edır Bu əvvəlkindən 105 at qüvvəsi və 101 Nm çoxdur.

Avtomobil 100 km/s sürətini yığmaq üçün 4,6 saniyə sərf edir və onun maksimal sürəti 250 km/s həddində məhdudlaşdırılmışdır.

Avtomobili nəzarətdə saxlamaq üçün mühəndislər daha sərt amortizator və yaylar, həmçinin stabilizatorlar tətbiq etməklə onun asqı sistemini təkmilləşdirmişlər.

Mexaniki sürətlər qutusu ilə təchiz olunan avtomobildə Launch Control sistemi və özübloklanan differensial da quraşdırılır. 

Image alt Image alt Image alt