Əbu-Dabudəki Yas Marina avtodromunda Veloqx Gangio superkarının yürüşlü təqdimatı keçirilib. Veloqx komandası tərəfindən inşa edilmiş superkar Ferrari F12tdf modelinin şassisinə əsaslanır. Bu avtomobil əvvəl 2021-ci ilin yazında qeydə alınmışdı və jurnalistlər onun F125tde (Tour de Espana) adlandırılacağını güman edirdilər. Kupe, Koenigsegg hiperkarlarındakı kimi panoram şüşələnməyə, ikihissəli antiqanada və McLaren superkarlarının üslubunda diffuzora və buraxılış sisteminə malikdir.
Britaniyanın Veloqx komandası “Sebrinqin 12 saatı” marafonun qalibi və “Le Manın 24 saatı” yarışının gümüş mükafatçısı kimi məşhurdur. Lakin yeni layihə avtomobil idmanının çərçivəsindən çox kənara çıxır. İlkin məlumata görə, Fangio kupesi 2025-ci ildə “Le Manın 24 saatı” marafonunda iştirak etməlidir.
Üstəlik, Veloqx komandası modelin məhdud saylı yol modifikasiyasını da buraxmağı planlaşdırır. Lakin belə avtomobilin nə qiyməti, nə də texniki xarakteristikaları hələlik məlum deyil. Böyük ehtimalla, superkar Ferrari F12tdf modelinin şassisi ilə yanaşı, onun bioyanacaqla çalışan 800 at qüvvəli V12 atmosfer mühərrikini də istifadə edir.
Vizual olaraq, Fangio kabinin Koenisegg üslubunda panoram şüşlənməsi, ikihissəli antiqanadı və nəhəng diffuzoru ilə seçilir. Bütün bunlar üçillik CFD modellərşdirməsinin nəticəsidir.
Kuzovun hər bir cizgisi dəqiqiliklə kompyüterdə hesablanıb ki, bu da, hava axının heç bir yerdə “ilişmədiyindən” və gərəksiz burulğanları yaratmadığından, üstəlik avtomobilin daha çox yerəbasma gücü hasil etdiyindən xəbər verir. Eyni zamanda, nümayiş versiyasının yarış əyləcləri və LMP2 sinifindəki avtomobillər kimi sliklərlə təchiz edildiyi məlumdur.
Adi Ferrari F12tdf modeli 780 at qüvvəsi və 705 Nm fırlanma anı hasil edən 6,3-litrlik V12 mühərriki ilə təchiz edilir. İtalyan superkarı 100 km/saat həddini 2,9 saniyəyə toplayır və 340 km/saata qədər sürətlənir. Lakin belə aqressiv görünüşə malik olan Veloqx Fangio modeli donorundan və 840 at qüvvəli Daytopa SP3 superkarından daha güclü olmağa borcludur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.