Cari Toyota Venza modeli 2020-ci ildə debüt edib və Toyota Harrier krossoverinin Şimalı Amerikada satılan versiyasıdır. Quançjouda keçirilən avtosalonda başqa bir Venza modeli debüt edib. Yeni variant Çin bazarı üçün nəzərdə tutulub və özünəməxsus maraqlı cəhətlərə malikdir. İlk növbədə bu ön tərəfin başqa formalı tərtibatıdır. Fənərlərin arasındakı bağlı paneli olan ön hava yönləndiricisi və irəli çıxarılmış “burun” krossoveri Toyota GR Supra sportkarına bənzər edib.

Toyota Venza

Dəyişdirilmiş ön tərəfin əsas vəzifəsi, alıcıların Harrier və Venza modellərini  tanımasına yardım etmək üçündür - çünki hər iki versiya Çində satılacaqdır. Toyota Harrier modeli FAW-Toyota birgə müəssisəsi tərəfindən buraxılır və demək olar ki, qlobal modeldən fərqlənmir. “Rəqib” GAC-Toyota birgə müəssisəsi tərəfindən buraxılan Venza isə, daha çox idman imicinə sahib olub.

Bununla belə, hər iki avtomobilin interyeri tamamilə eynidir. Eyni zamanda, Çin cütlüyünün bahalı versiyaları 12,3-düymlük virtual cihazlar panelinə sahib olublar. Xatırladaq ki, Yaponiya və ABŞ-da satılan krossoverlər belə avadanlıqdan məhrumdurlar. Əlavə olaraq, Çin modellərində klimat-kontrolun başqa idarəetmə bloku quraşdırılır.

Toyota Harrier

Çin krossoverlərinin mühərrik çeşidi Yaponiyadakı  ilə eynidir. Harrier və Venza modellərinin baza versiyaları 171 at qüvvəli 2,0-litrlik atmosfer mühərriki və Direct Shift CVT variatoru ilə təchiz olunurlar. Belə avtomobillər yalnız ön ötürməlidirlər.

Alternativ olaraq 178 at qüvvəli 2,5-litrlik mühərrik və 120 at qüvvəli elektromotor, habelə elektromexaniki variatordan ibarət olan hibrid güc qurğusu təklif olunur. Əlavə ödənişlə, arxa oxda əlavə 54 at qüvvəli mühərriki olan E-Four tam ötürməsini də sifariş etmək olar. Güc qurğusunun ümumi hasilatı elektronika tərəfindən 218 (ön ötürməli) və 222 (tam ötürməli) at qüvvəsində məhdudlaşdırılır.

Venza/Harrier

Toyota Harrier Çində 33.100 – 46.600 dollar arasında dəyişən qiymətlərlə satılır. İlin axırında satışa çıxacaq Toyota Vebza 34.400 – 48.500 dollar arasında dəyişən qiymətlərlə təklif ediləcəkdir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.